Bakurianidə Yeni İl - QİYMƏTLƏR
13 DEKABR 2017
1045

Bakurianidə Yeni İl - QİYMƏTLƏR

Gürcüstan son vaxtlar dünyanın hər yerindən olan turistlər üçün ən sevimli yerlərdən birinə çevrilib. İmkan yaranan kimi, bakılılar da  bu kiçik dağlıq ölkədə istirahət etməyə can atırlar.  Qış fəslində də əsasən Bakuriani – məşhur dağ xizək kurortu turistlər üçün esas istirahət mərkəzi olur. Yerli əhali bu yeri – “Günəş vadisi” adlandırır. Kurort həmçinin öz mineral mənbələriylə məşhurdur. Dağların zirvələrindən Borjomi mənbələri başlayır. Burada həm qış həm də yay turizmi inkişaf edib. Bakuriani qış idman növləri üzrə yarışların keçirilmə yeridir: tramplindən tullanmalar, slalom, bobsley, biatlon və s. Dağ xizək mövsümü noyabr ayından mart ayına kimi davam edir. Bakuriani dağ xizək kurortunun rahat mehmanxanaları sizi və ailənizi əsl gürcü qonaqpərvərliyi ilə qarşılayacaq.

Bakurianiyə tura gəlincə isə ölkəmizdə fəaliyyət göstərən Online travel turizm şirkəti qışda öz gözəlliyi ilə seçilən Bakurianiyə tur təşkil edir. Belə ki, 3 ulduzlu Bakuriani Resort oteldə qonaqlama iki nəfər üçün 265 dollar təşkil edəcək. Təqdim edilən turun müddəti 29 dekabr 2 yanvar tarixlərini əhatə edir. Göstərilən qiymətə oteldə qonaqlama , səhər yeməyi və qala gecəsi daxildir.

Digər təklif edilən otel isə Snow Plaza oteldi. Bu oteldə 29 dekabr 1 yanvar tarixlərində qonaqlamaq turistlərimiz üçün 530 dollara başa gələcək. Bu qiymətə oteldə qonaqlama gün ərzində 3 dəfə qidalanma və qala gecəsi daxildir. Turla maraqlananlar 012 409 44 20; 012 409 44 42; 051 409 44 20; 051 409 44 42 telefon nömrələri ilə əlaqə saxlaya bilərlər. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır