Yeni İlin ilk ayında Sankt-Peterburq səfəri – QİYMƏTLƏR
15 DEKABR 2017
1482

Yeni İlin ilk ayında Sankt-Peterburq səfəri – QİYMƏTLƏR

Sankt-Peterburq şəhəri vaxtikən Rusiyadan Avropaya pəncərə açmaq məqsədi ilə salınıb. Lakin indi bu şəhər dünyanın Rusiyaya pəncərəsidir. Kanalları və su yolları olan Sank-Peterburqu uzun zamandır “Şimalın Venesiyası” adlandırırlar. Bu şəhəri çoxları sevir, çünki bu şəhər keçmişə qərq ola biləcəyiniz bir neçə şəhərdən biridir. Buraya cins şalvar və idman ayaqqabısında gəlsəniz belə, özünüzü 18-19-cu əsrlərdə hiss edecəksiniz.

Bu ecazkar şəhərin gözləlliyi ilə yaxından tanış olmaq istəyənlər ölkəmizdə fəaliyyət göstərən Online travelin  adı çəkilən şəhərə təşkil olunan turunda iştirak edə bilərlər. Tur 19.01.2018-23.01.2018 tarixlərində təşkil olunacaq. Turun adambaşına qiyməti 180 avrodur. Göstərilən qiymətə 4 gecə 5 gün oteldə qonaqlama, aviabilet (gediş-gəliş), səhər yeməyi daxildir. Turla maraqlananlar 012 409 44 20 /42; 051 409 44 20 /42 telefon nömrələri ilə əlaqə saxlaya bilərlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır