“Tufandağ”-a tur – QİYMƏTLƏR
16 DEKABR 2017
1945

“Tufandağ”-a tur – QİYMƏTLƏR

“Tufandağ” Qış-Yay Turizm İstirahət Kompleksinin məqsədi ölkəmizdə il boyu dağ turizmini inkişaf etdirmək, yerli və xarici turistlərin yüksək səviyyəli istirahətini təmin etməkdir. Kompleks turistlərə ilboyu kanat gəzintisi, qış mövsümündə müxtəlif mürəkkəblik səviyyəli yollarda xizəklə sürüşməyi, xizəklə sürüşmə təlimi, xizəkçilik məktəbi, iaşə xidməti (kafe, restoran), uşaq istirahət mərkəzi, mehmanxana və digər xidmətləri təklif edir.

“Tufandağ” Qış-Yay Turizm İstirahət Kompleksinə başçəkmək istəyənlər isə Yes travelin təşkil etdiyi turdan faydalana bilərlər. Belə ki, adı çəkilən turizm şirkəti 16 manata Tufandağa tur təşkil edir. Tura nəqliyyat, səhər yeməyi, şirniyyatla çay süfrəsi, Professional Dj ilə diskoteka, fotosessiya, tur rəhbər, yol boyu əyləncəli oyunlar daxildir. Qeyd edək ki, qrup halında qatılan hər 11-ci şəxs turda ödənişsiz iştirak edə bilər. Turla maraqlananlar 994 12 404 85 87,  055 824 54 64, 055 293 80 90 telefon nömrələri ilə əlaqə saxlaya bilərlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır