"Flydubai"- dan ailə təklifi
08 YANVAR
554

"Flydubai"- dan ailə təklifi

"Flydubai" Hava Yolları ekonom sinfində Bakı-Dubay-Bakı istiqamətində 08 – 23 Yanvar tarixlərində "2+1 ailə təklifi" aksiyasına start verir. Turizm.fins.az adı çəkilən şirkətin Bakı nümayəndəliyindən əldə etdiyi məlumata istinadən xəbər verir ki, aksiya zamanı ekonom sinfində 3 nəfərlik Bakı-Dubay-Bakı aviabiletlərinin qiyməti 660 dollar olacaq. Aksiyanın qaydaları aşağıdakı kimidir

1) "2+1" aksiyası ən azı 3 nəfər üçün nəzərdə tutulub

2) 3 nəfərlik bilet alarkən, 2 bilet bütov, 3-cü biletdə isə yalnız hava limanı yığımlarının məbləği ödənilir

3) Aksiyanın satış müddəti: 08-23 Yanvar 2018

4) Səyahət müddəti: 01 Fevral - 15 Mart 2018

5) Yer sayı məhduddur.

Tariflərin məhdudiyyət qaydaları mövcuddur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır