Rusiya aviaşirkəti Bakıya yeni reys açır
12 YANVAR
1377

Rusiya aviaşirkəti Bakıya yeni reys açır

Rusiyanın "Nordstar" aviaşirkəti mart ayından Norilskdən Samara vasitəsilə Bakıya reyslər həyata keçirəcək.

Turizm.fins.az-ın Trend-ə istinadən məlumatına görə, bu barədə aviadaşıyıcının mətbuat xidmətindən bildiriblər.

Qeyd olunub ki, reyslər 2018-ci il martın 5-dən etibarən hər həftə icra ediləcək.

Hazırda aviaşirkətin təyyarələri Bakıya Ufadan uçur. Samaradan gəlməklə Bakıya reyslərin sayı həftədə iki dəfəyədək artacaq.

Yeni istiqamət üzrə reyslər "Boeing 737-800" təyyarələri ilə yerinə yetiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır