İlk dəfə olaraq Bakıdan bu şəhərə birbaşa uçuşlara başlanır
16 YANVAR
1056

İlk dəfə olaraq Bakıdan bu şəhərə birbaşa uçuşlara başlanır

Bu gündən Bakı-Sofiya marşrutu ilə ilk aviareys yerinə yetirilib.

Turizm.fins.az xəbər verir ki, ilk birbaşa aviareysin açılışında Azərbaycanın baş naziri Artur Rasi-zadə və ölkəmizdə rəsmi səfərdə olan Bolqarıstanın Baş naziri Boyko Borisov iştirak ediblər və “Buta Airways” aşağıbüdcəli aviaşirkəti tərəfindən  həyata keçirilib.

Bununla da, Bolqarıstanın paytaxtı Azərbaycanın aşağıbüdcəli aviaşirkətinin Avropa İttifaqına birbaşa uçuşlar həyata keçirəcəyi ilk şəhər olub.

Bakı-Sofiya istiqaməti üzrə minimal tarif, aviaşirkətin digər istiqamətlərində olduğu  kimi, 29 avro (bir tərəfə) təşkil edəcək. Uçuşlar həftədə bir dəfə olmaqla, həftənin ikinci günləri həyata keçiriləcək.

Aşağıbüdcəli aviaşirkət olaraq, baqajın, əl yükünün daşınması, havagəmisində isti yeməklər, hava limanında qeydiyyat, eləcə də təyyarədə yer seçimi kimi əlavə xidmətləri ödəniş müqabilində  təklif edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır