Novruz gəlir, Yaz gəlir - UCUZ TURLAR GƏLİR
09 FEVRAL
773

Novruz gəlir, Yaz gəlir - UCUZ TURLAR GƏLİR

Hər il sevə-sevə qeyd edilən zəngin ənənəli Novruz bayramını kimi öz evində, kimi regionlarımızdakı istirahət məkanlarında, kimi də xarici ölkələrdə qarşılamaq niyyətindədir. Biz də kiçik araşdırma apararaq Novruz günlərində ölkədaxili və müxtəlif xarici məkanlara təşkil edilən turlarla maraqlandıq.

Daxili turlar 

“CB Travel” şirkətindən bildirirlər ki, daxili turlar adətən iki gecə 3 gün (20,21,22 mart) olur. Mingəçevir - Gəncə – Göygöl turu nəqliyyat,  5* Ağsaray Deluxe oteldə gecələmə, səhər yeməyi (3 dəfə),  Gala şam yeməyi və bayram şou proqramı, Kür çayında gəmi gəzintisi, sauna, türk hamamı, fitnes, hovuz daxil olmaqla 129 manatdır. Turla maraqlananlar 012 492 50 20; 055 480 20 73 telefon nömrələri ilə əlaqə saxlaya bilərlər.

“Atlas travel” da Novruz tətili üçün xüsusi turlar təklif edir. Tur 175 manata Şəki-Qax-Qəbələistiqamətində olacaq. Qiymətə komfortlu nəqliyyat, İssam Hoteldə 2gecə/3 gün qalmaq, qidalanma , bayram süfrəsi, ekskursiya, dikoteka, əyləncli oyunlar daxildir. Turla maraqlananlar  012/055 4403287 telefon nömrələri ilə əlaqə saxlaya bilərlər.

Xarici Turlar

“AİR Travel” Novruz tətili üçün 3 gecə 4 günlük İstanbul turu təklif edir. Turun tarixləri isə martın 19-dan 22-nə qədərdir və turun qiyməti 386$ -dır. Qiymətə aviabilet (AZAL), otel (3 gecə \ 4 gün), səhər yeməyi, transfer və sığorta daxildir. Turla maraqlananlar 012 498 75 97; 055 507 01 08 telefon nömrələri ilə əlaqə saxlaya bilərlər.

“İnTravel”  Novruz tətili üçün fərqli istiqamətdə turlar təşkil edir. Bunlardan biri Tiblisi - Batumi - Trabzon turudur. 19 martdan 25 marta kimi təşkil olunub, qiyməti 185 dollardır. Tur avtobusla gerçəkləşdirilir. Qiymətə komfortlu nəqliyyat  oteldə gecələmə ( 4 gecə ), 5 dəfə səhər yeməyi, 1 dəfə Novruz Bayram süfrəsi (Tonqal qalanmasi ve ates fesanliq), əylenceler ve diskoteka, ekskursiyalar daxildir. Ətraflı məlumat əldə etmək istəyənlər 012 505 15 41; 077  511 15 66telefon nömrələri ilə əlaqə saxlaya bilərlər.

“Musafir travel” -in fürsətlərindən yararlanaraq  Novruz Bayramını Bolqarıstanda kecirə bilərsiniz. Tur 595 avrodur və 20.03.18 - 27.03.18 (7 gecə/8 gün) tarixlərində baş tutacaq. Qiymətə Buta Airways ilə birbaşa aviauçuş, Legents 4* otelində gecələmə, səhər yeməyi, Rila və Baçkovskiy monastırlarına, Bloqaevqrad, Plavdiv şəhəri boyu ekskursiya, transfer, viza, tibbi sığorta daxildir. Turla maraqlananlar 012 437 25 97; 070 437 25 97 telefon nömrələri ilə əlaqə saxlaya bilərlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır