Həftə sonu harada və necə istirahət etmək olar?
09 FEVRAL
449

Həftə sonu harada və necə istirahət etmək olar?

Həftə sonu yaxınlaşır bu isə odeməkdir ki, gərgin iş həftəsindən sonra yaxşı istirahət lazım olacaq. Yaxşı istirahət etmək yaxşı işləmək qədər vacibdir. Çünki iş gərginliyi insana növbəti həftələrdə bütün gücünü işə səfərbər etməyə imkan vermir. Odur ki, Turizm.fins.az həftəsonu üçün baş çəkiləcək bir neçə yeri təqdim edir.

Fevralın 10-u Ukraynanın tanınmış top modeli Dj Belkina Movida Lounge-da çıxış edəcək. Ətraflı məlumat və masaları rezerv etmək üçün 050 229 10 60; 012 404 82 03 telefon nömrələri ilə əlaqə saxlaya bilərsiz.

HDS - HARMONY DANCE STUDIO sizi fevralın 11-i 19:00-da Enerji Club Baku-da keçiriləcək "Red & Black Valentine's Day party by HDS" əyləncə gecəsinə dəvət edir. Ətraflı məlumat əldə etmək üçün 055 747 33 29; 055 600 82 15 telefonnömrə ilə əlaqə saxlayabilərsiz. Giriş yalnız xanımlarnan 20 manatdır.

Həftə sonu uşaqlarınıza da xoş  gün yaşada bilərsiz.

10 fevral saat-12:00 və 14:00-da Kukla Teatrında uşaqlar üçün S. Marşakın "Pişiyin evi" adlı nağıl-tamaşası nümayiş etdiriləcək. Biletləri şəhərin kassalarından əldə edə bilərsiniz.

11 fevral saat  12:00 və 14:00- da Rus xalq nağılının motivləri əsasında səhnəyə qoyulan "Turp" tamaşası Qax Dövlət Kukla Teatrının truppasının ifasında (Azərbaycan) göstəriləcək. Tamaşa I Beynəlxalq kukla festivalı çərçivəsində göstəriləcək.

Fevralın 11 və 18-i Rəşıd Behbudov adına mahnı teatrın səhnəsində saat 12:00-da "Ağca və yeddi qnom" tamaşası keçiriləcək. Biletləri şəhərin kassalarından əldə edə bilərsiniz. Biletlər  8, 10, 15 manatdır

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır