Kapadokya və İstanbul turu - 660 MANAT
12 MART
681

Kapadokya və İstanbul turu - 660 MANAT

Kapadokya tarixi dəyərləri, peribacaları, sirli yeraltı şəhərləri, gözəl atları, ləziz yerli mətbəxi, maraqlı əyləncələri ilə Turkiyənin mütləq görülməli cənnət bölgələrindəndir. Kapadokya fars dilində “Katpatuk”, yəni “Gözəl atlar diyarı” deməkdir. 1985-ci ildə UNESCO-nun qoruma altına aldığı Kapadokya əsrlər əvvəl Erciyes, Hasandağ və Güllüdağın püskürdüyü lavaların zamanla külək və yağışın aşındırması nəticəsində ortaya çıxmış bir mənzərədir. Hitit, Frig, Fars, Roma, Bizans və Selçuk kimi  böyük mədəniyyətləri özündə cəmləşdirən bu təbiət möcüzəsinin dünyada tayı bərabəri yoxdur. Sizdə bu cür təbiətin əsrarəngiz gözəlliyini görmək istəyirsinizsə Kral travel turizm şirkəti Ramazan bayramının 15-22 iyun tarixlərində Kapadokya ilə bərabər İsatanbul turu təşkil edir. Turun qiyməti 660 manatdır. Qiymətə isə aviabilet, oteldə qonaqlama və səhər yeməyi daxildir. Qeyd olaraq bildirək ki, qiymət 2 nəfərlik otagda 1 nəfər üçün hesablanıb. Turla maraqlananlar  012 489 97 90;055 511 00 88 telefon nömrələri ilə əlaqə saxlaya bilərlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır