Bayram günlərində harada daha sərfəli istirahət edə bilərsiz - QİYMƏTLƏR
14 MART
1174

Bayram günlərində harada daha sərfəli istirahət edə bilərsiz - QİYMƏTLƏR

Novruz bayramına artıq sayılı günlər qalıb. Bakı əhalisi bayram tətilindən istifadə edərək şəhərin tıxaclarından bir neçə günlük də olsa uzaq qalmaq, istirahət etmək üçün rayonlara üz tutmağa başlayacaq.

Novruzda istirahət etmək üçün ən yaxşı məkan hotellərdir. Bəs, bu hotellərdə ailə (4 nəfər) ilə istirahət etmək neçəyə başa gəlir?

Bölgələrdə yerləşən hotellərin qiymətlərini sizə təqdim edirik.

Quba Rixos hotel –
 standart otağın qiyməti 300 manatdır. 2 uşaqla birlikdə isə əlavə 300 manat ödənilir. Ümumilikdə hoteldə istirahət etmək üçün bir gecəsi 600 manata başa gəlir. Bura səhər və şam yeməyi daxildir. Novruz bayramı ilə əlqədar konsert və şou proqramlar nəzərdə tutulub.

Şahdağ hotel&SPA
 – Bir gecəsi 250 manatdır. Novruz bayramı ilə əlaqədar martın 20-dən sonra 460 manat olacaq. Bu qiymətə səhər və şam yeməyi, SPA, Xizək sürmə, açıq bufet, restoranda canlı konsert proqramı daxildir.

Qafqaz Karvansaray – “Junior suit” otaqlarında istirahətin bir gecəsi 190 manatdır. Bura yalnız səhər yeməyi daxildir.

Qafqaz Sahil Hotel – 
4 nəfərlik kotec 150 manata başa gəlir. Bu qiymətə isə səhər yeməyi və SPA daxildir.

Pik Palace Hotel
 – 2 nəfərlik istirahət üçün 260 manatdır. 2 uşaq da əlavə edildikdə qiymət 530 manat olur. Bura səhər və axşam yeməkləri, xizək sürmə daxildir. Bayramla əlaqədar müxtəlif şou proqramların təşkil olunması nəzərdə tutulub.

Ramada Plaza (Gəncə şəhəri) – Martın 19-dan kampaniya elan ediləcək. Belə ki, hoteldə qiymətlər 140 manatdan 119 manata endirilib. Bura səhər yeməyi və sağlamlıq mərkəzi daxildir. Novruz bayramı ilə əlaqədar şou proqramlar keçiriləcək.

Green house hotel (İsmayıllı) – Hoteldə istirahət etmək istəyirsinizsə, bir gecəsinə 80 manat ödəməlisiniz. Bu qiymətə yalnız və yalnız səhər yeməyi daxildir. Bayramla əlaqədar konsert keçiriləcək.

 

Relaks hotel (Lənkəran) – Bir gecəsi 140 manatdır. Bu hoteldə də 140 manata yalnız səhər yeməyi aiddir. Bayramla əlaqədar müxtəlif şou proqramlar təşkil ediləcək.

Qubek hotel (Balakən) – hoteldə qiymətlər standartdır – 80 manat. Bura səhər yeməyi daxildir.

İlusu “Uludağ” hotel (Qax) – Bir ailənin hoteldə istirahət etməsi üçün gecəsi 90 manatdır.

Riverside hotel (Mingəçevir) – Qiymətlər 90 – 150 manat arasında dəyişir. Bura səhər və şam yeməkləri daxildir. Novruz bayramında konsert və şou proqramlar daxildir.

Qafqaz Resort Hotel (Qəbələ) – Bir gecəsi 179 manatdır və bura səhər yeməyi daxildir. Martın 22-də hotelin ərazisində “Bu şəhərdə”nin konserti olacaq.

Şamaxı Olimpic hotel – Burada ailəsi ilə istirahət etmək istəyənlər bir gecəsinə 140 manat ödəməli olacaqlar. Digər hotellərdə olduğu kimi bu qiymətə yalnız səhər yeməyi daxildir.

Qafqaz hotel (Zaqatala) – Qiymətlər səhər yeməyi daxil olmaqla standart olaraq 70 manatdır. Otaqlar ayrı-ayrı olanda isə hər otağa 50 manat hesablanır.

Terrace Quba hotel – lyüks nömrələrin qiyməti 80 manatdır. Lakin bura səhər yeməyi daxil deyil. Səhər yeməyinin qiyməti əlavə 5 manatdır. (Baku.ws)

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır