Novruz bayramına özəl olaraq Rixos Quba Azerbaijan hotelində - QİYMƏTLƏR və TƏKLİFLƏR
19 MART
663

Novruz bayramına özəl olaraq Rixos Quba Azerbaijan hotelində - QİYMƏTLƏR və TƏKLİFLƏR

“Rixos Quba Azerbaijan” hoteldə Novruz tədbirləri martın 19-dan başlayacaq və ayın 26-na qədər davam edəcəm. Qiymətlər 300 manatdan başlayır. Bayram günləri ərzində hər günə özəl yeməklər təqdim olunacaq, sənətçilər çıxış edəcək. Hotel nömrələri və villalar da sərfəli bayram paketi çərçivəsində endirimli qiymətlərlə təklif olunur.
Turizm.fins.az “Rixos Quba Azerbaijan” hotelinin bayram kampaniyalarını təqdim edir.
 
“Rixos”dan sərfəli Novruz paketi – VİLLALAR, OTAQLAR
Hotel villa və nömrələrini Novruz bayramına özəl olaraq sərfəli qiymətlərlə təklif edir. “Rixos”un 2 nəfərlik “Manna” villasının bir gecəlik qiyməti 420 manatdır. 8 nəfərlik “Atropatena” villasının bir gecəlik qiyməti 1300 manatdır. 6 nəfərlik “Midiya” villanın bir gecəlik qiyməti 950 manatdır. 8 nəfərlik “Urmiya” villa isə bir gecəlik 1250 manata təklif olunur.
“Rixos” hotelin otaq qiymətləri də sərfəli bayram paketinə daxildir. Belə ki, burada “Deluxe Mountain View King”, “Deluxe Mountain View Twin”, “Deluxe Lake View King” və “Deluxe Lake View Twin”in bir gecəlik qiymətləri 300 manata, “Junior Suite” 340 manata, “Honeymoon Suite” 390 manata, 4 nəfərlik “Family Suite” isə 420 manata təklif olunur.
Villa və nömrələrin təqdim olunan qiymətlərinə 2 nəfərlik səhər yeməyi, şam yeməyi, şou proqram və vergilər daxildir.
Bu qiymətlər 19-26 mart tarixləri üçün keçərli hesab edilir. 19-22 mart tarixlərində minimum qonaqlama 2 gecədən başlayır.
Ödənişlər bank transferi, kredit kartı və Bakı ofisində qəbul olunur. Ödənilmiş məbləğ geri qaytarılmır. Ləğv etmə və “No Show” halı baş verdikdə də ödəniş geri qaytarılmır və ödəniş tam tutulacaq.


 
“Rixos”da bayram günləri hansı sənətçilər olacaq? - PROQRAM
Bu hoteldə bayrama özəl olaraq hər gün şou proqramlar nəzərdə tutulub. Bu günlər ərzində şou proqramlarda iştirakı nəzərdə tutulan sənətçilərin təqdim edəcəkləri repertuar da Novruz ab-havasına uyğun olaraq zövqlə müəyyənləşdirilib.
“Rixos” hoteldə bayram proqramları martın 20-si saat 20:00-da, Günay Əhmədovanın “Lobby Lounge”da təşkil olunacaq ifaları ilə başlayır. Proqram “Street Band” ifaları ilə davam edəcək və hotelin həyətində möhtəşəm tonqal qalanacaq. Gecə “Diamond X Night Club”da Dj Kenan Drums ilə yekunlaşacaq.
21 mart tarixində isə bayram şou proqramı 14:00-da başlayacaq. Hotelin tərkibində fəaliyyət göstərən “The Challatte Steak House”da “Mugam Trio”nun ifasını dinləyə biləcəksiniz. “Rixy Kids Zone”da sehrbazın təqdimatında uşaqlar üçün “Magic Show” olacaq. Bayram tədbiri “Lobby Lounge”də Mirkamilin ifaları ilə davam edəcək. Bu bayram gecəsi də “Diamond X Night Club”da Dj Kenan Drums ifaları ilə yekunlaşacaq.
Martın 22-si üçün nəzərdə tutulmuş şou proqramlara saat 14:00-da “The Challatte Steak House”da “Mugam Trio”nun ifası ilə start veriləcək. Gecə “Lobby Lounge”də Dilarə Kazımovanın ifaları ilə davam edəcək.
Mart ayının 23-ü üçün planlaşdırılan şou da 14:00-da “The Challatte Steak House”da “Mugam Trio”nun ifası ilə başlayacaq. “Lobby Lounge”də Fərid Ağayevin və Orxan Bağırovun ifalarını dinləyə biləcəksiniz. Gecə “Diamond X Night Club”da Dj Kenan Drums ifaları ilə davam edəcək.
Saat 14:00-da başlayacaq 24 mart proqramı çərçivəsində “The Challatte Steak House”da “Mugam Trio”nun ifasını dinləyəcəksiniz. Həmin gün “Diamond X Night Club”da “Fire Show” və “Belly Dance” göstəriləri ilə davam edəcək.
Şou proqramların sonuncu günü olan 25 mart tarixində “Lobby Lounge”də Janik-in iştirakı nəzərdə tutulub.

 
Hər günün özəl yeməkləri olacaq
“Rixos Quba Azerbaijan” hoteldə 19-26 mart bayram tarixlərində hər günə özəl  olaraq yeməklər təqdim olunacaq. Belə ki, martın 19-u təqdim olunacaq set “Rixos Novruz Günləri” adlanır. Həmin gün Novruz bayramının əsas şirniyyatları olan şəkərbura, paxlava, şorqoğalı və digər bu kimi qida məhsulları təqdim olunacaq.
Martın 20-si təndir yeməkləri, martın 21-i müxtəlif çeşiddə plovlar, martın 22-si xəmir yeməkləri, martın 23-ü Azərbaycanın cənub yeməkləri, martın 24-ü şimal süfrəsi, martın 25-i isə ov ətindən hazırlanmış yeməklər təqdim olunacaq.
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır