Tiflisə neçəyə getmək olar? – qatar, təyyarə, avtobus, taksi - QİYMƏTLƏR
01 MAY
6646

Tiflisə neçəyə getmək olar? – qatar, təyyarə, avtobus, taksi - QİYMƏTLƏR

Havaların isinməsi, qarşıdan yay mövsümünün gəlməsindən xəbər verir. Bu mövsümdə isə vətəndaşların bir çoxu məzuniyyət götürərək istirahətə yollanırlar. Bir çoxları isti yay günlərini ölkə daxilində bölgələrdə qeyd etməyə üstünlük versələr də bəzi insanlar istirahət etmək üçün qonşu ölkələrə üz tuturlar. Bildiyimiz kimi bir çox azərbaycanlı turistlərin üstünlük verdiyi şəhərlərdən biri də Tiflisdir. Bütün bu sadalananları nəzərə alaraq Turizm.fins.az Bakıdan Tiflisə müxtəlif nəqliyyat vasitələrində səfərlərin qiymətlərini öyrənib. 

Belə ki, avtovağzaldan Tiflisə biletin qiyməti bir nəfər üçün 12.50 manat, təşkil edir. Tiflisə avtobuslar hər gün saat 21:00 və 23:00 da yola düşürlər. Tiflisə qatarla qiymətlər isə  plaskartda 25 manata, kupedə 35.78 manat, SV-də 58.38 manatdır. Tiflis qatarı hər gün 21:50- Bakı dəmiryolu vağzalından yola düşür. "Maxim" taksi xidməti ilə isə 223 manata getmək mümkündür. Yox əgər yerüstü nəqliyyatda çox vaxt sərf etmək istəmirsizsə o zaman “ButaAirways”dən 59 manata bilet almaqla səfərə çıxa bilərsiz.

Xatırladaq ki, istər qatar istərsə də təyyarə biletlərinin qiymətləri tarixlərə görə dəyişir.

Eləcə də bax: İrana səfər neçəyə başa gələr? – Avtobus yoxsa təyyarə - QİYMƏTLƏR
Moskvaya neçəyə getmək olar? – qatar, təyyarə, avtobus - QİYMƏTLƏR
“QAX EL RESORT” otelində 1 gecə 2 günlük istirahət neçəyədir? - QİYMƏTLƏR

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır