Moskvaya neçəyə getmək olar? – qatar, təyyarə, avtobus - QİYMƏTLƏR
03 MAY
1540

Moskvaya neçəyə getmək olar? – qatar, təyyarə, avtobus - QİYMƏTLƏR

Bildiyimiz kimi bir çox azərbaycanlı turistlərin üstünlük verdiyi şəhərlərdən biri də Moskvadır. Bu səbəbdən Turizm.fins.az Bakıdan Moskvaya müxtəlif nəqliyyat vasitələrində səfərlərin qiymətlərini öyrənib.

Belə ki, avtovağzaldan Moskvaya biletin qiyməti bir nəfər üçün 100 manat təşkil edir. Moskvaya avtobuslar 3-cü və 6-cı günlər saat 14:00 da yola düşürlər. Moskvaya qatarla qiymətlər isə  plaskartda 182 manata, kupedə 251 manat, SV-də 485 manatdır. Moskva qatarı həftədə bir dəfə cümə axşamı 01:35-də Bakı dəmiryolu vağzalından yola düşür. Yox əgər yerüstü nəqliyyatda çox vaxt sərf etmək istəmirsizsə o zaman “ButaAirways”dən 150 manata, AZAL –dan isə 240 manata bilet almaqla səfərə çıxa bilərsiz.

Eləcə də bax: Tiflisə neçəyə getmək olar? – qatar, təyyarə, avtobus, taxı - QİYMƏTLƏR

Xatırladaq ki, istər qatar istərsə də təyyarə biletlərinin qiymətləri tarixlərə görə dəyişir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır