KİYEV-ə qatar yoxsa təyyarə ilə getmək daha sərfəlidir? - QİYMƏTLƏR
10 MAY
1849

KİYEV-ə qatar yoxsa təyyarə ilə getmək daha sərfəlidir? - QİYMƏTLƏR

Bildiyimiz kimi bir çox azərbaycanlı turistlərin üstünlük verdiyi şəhərlərdən biri də Kiyevdir. Bunu nəzərə alaraq Turizm.fins.az Bakıdan Kiyevə müxtəlif nəqliyyat vasitələri ilə səfərlərin qiymətlərini öyrənib. 

Belə ki, Kiyevə qatarla qiymətlər  plaskartda 185 manata, kupedə isə 260 manatdır. Kiyev qatarı həftədə 1 dəfə şənbə günləri saat01:35-də Bakı dəmiryolu vağzalından yola düşür.  Yox əgər yerüstü nəqliyyatda çox vaxt sərf etmək istəmirsizsə o zaman “ButaAirways”dən 170 manata, “AZAL”dan isə 255 manata bilet almaqla səfərə çıxa bilərsiz.

Xatırladaq ki, istər qatar istərsə də təyyarə biletlərinin qiymətləri tarixlərə görə dəyişir.

Eləcə də bax: İrana səfər neçəyə başa gələr? – Avtobus yoxsa təyyarə - QİYMƏTLƏR

Moskvaya neçəyə getmək olar? – qatar, təyyarə, avtobus - QİYMƏTLƏR

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır