Həftə sonunu daha maraqlı keçirtmək istəyənlərə - ÜÇ MƏŞĞULİYYƏT
10 AVQUST
379

Həftə sonunu daha maraqlı keçirtmək istəyənlərə - ÜÇ MƏŞĞULİYYƏT

Film, musiqi və aktiv idmanı sevənlər üçün ən maraqlı hadisələr:

Filmlər izləyirik:

  • 10-11 avqust CinemaPlus Amburan Mallda film gecəsi keçiriləcək. Siz həm üç film: iki qorxu filmi «Мег: Монстр глубины» və «Зло» və bir komediya «Шпион, который меня кинул» izləyəcək, həm də musiqi dinləyəcəksiniz. 18 yaşdan yuxarı bütün tamaşaçılar biletləri saytda ala bilərlər.

Harada: CinemaPlus Amburan Mall

Nə vaxt: 10 avqust, 22:30 - 11 avqust, 07:00

Qiymət: 20-35 manat

  • Ötən cümə fransızca film izləyə bilmədinizsə, 10 avqustda Azərbaycanda Fransız İnstitutunda «ADO Theatre – Collective»in aparıcı aktrisası Elza Furtado ilə birlikdə Antonin Peretyatkonun «Девушка 14 июля» komediyasını izləməyə gedin.

Harada: Azərbaycanda Fransız İnstitutu, Nizami küç.90A

Nə vaxt: 10 avqust, 19:30

Necə: Giriş sərbəstdir

  • Heç cür Fellinini izləyə bilməyənlər üçün də məşğuliyyət var - 10 avqust ZİON hostel damında «8½» tragikomediyasını izləyəcəklər.

Harada: ZİON hotsel, A.Quliyev küç.101

Nə vaxt: 10 avqust, 20:00-22:00

Qiymət: 7 manat (film və bir qədəh sanqriya)

Musiqi dinləyirik:

  • 10 avqust Vinyldə Elvin Bəşirovun Nyu-York cazı ilə özünüzü Nyu-Yorkda hiss edə bilərsiniz. Yerlər məhduddur, ona görə dostlarınız və özünüz üçün əvvəlcədən masa sifariş etməyi məsləhət  görürük: + 994 55 939 7076

Harada: Vinyl, Marine Plaza

Nə vaxt: 10 avqust, 20:00-22:00

Qiymət: 10 manat (Giriş və içki)

  • 10 avqust Port Wine & Grill-də spritz-kokteyllər içir, Süleymanbəyli qardaşlarından, Albina və DJ Timdən musiqilər dinləyirik. Masanı bu nömrədə sifariş etmək olar: +994 50 246 1414

Harada: Port Wine & Grill, Dövlət Bayraq Meydanı

Nə vaxt: 10 avqust, 20:00

  • 11 avqust açıq havada - Dənizkənarı Bulvarda musiqiyə qulaq asırıq. 20:00-da burada Meridian qrupu, 21:00-dan 23:00-dək isə DJ Javo çıxış edəcəklər.

Harada: Ağ Şəhər Bulvarı

Nə vaxt: 20:00-23:00

Necə: Giriş sərbəstdir

  • 12 avqust dünyanı səyahət edən, maraqlı insanlarla tanış olan və öz səyahətləri haqda danışan Rosso Cenninqslə tanış oluruq.

Harada: The Landmark Hotel Baku, Nizami küç.90A

Nə vaxt: 12 avqust, 19:30-22:00

Təbiətə yollanırıq:

  • 11 avqust güc yoqası ilə oyanır, Dübəndi çimərliyində voleybol oynayır və akva yoqa ilə məşğul oluruq. Mütləq qeydiyyat: burada. Ətraflı məlumat: + 994 70 597 5557

Harada: Yoha Shahi, Cəfər Cabbarlı küç.609

Nə vaxt: 11 avqust, 14:00-23:00

Qiymət: 35 manat

  • 12 avqust Heydər Əliyev Mərkəzi parkında həndbol oynamağı öyrənirik. Həndbolu sizə kişi həndbol yığmasının baş məşqçisi Hikmət Abdullayev öyrədəcək.

Harada: Heydər Əliyev Mərkəzi parkı

Nə vaxt: 12 avqust, 18:00

Qiymət: Giriş sərbəstdir

12 avqust dağlara gedirik:

  • Baskal, Tağlabiyan, Zarnava-Müşkımir, Niyaldağa Camping Azerbaijan ilə birlikdə trekinqə gedirik (55manat).
  • Backpack Baku ilə birlikfə Lahıc və Baskala gedirik (20 manat)
  • Hiking Azerbaijan ilə birlikdə Fit dağı və Qırxotaq qalasını kəşf edirik (34 manat).

Eləcə də bax: Dağların ətəyindəki "AFRA" hotelində üç nəfərlik istirahət - CƏMİ 100 MANAT 

Eləcə də bax: Kanadaya köçmək üçün ən məşhur və ən asan yol "EKSPRESS GİRİŞ" - Bütün peşə sahibləri müraciət edə bilərlər

©Bakuafisha.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır