10.000-dən yuxarı kitabın bir araya gəldiyi ünvan - “Baku Book Center”
18 SENTYABR
935

10.000-dən yuxarı kitabın bir araya gəldiyi ünvan - “Baku Book Center”

Bakıda 10.000-dən yuxarı fərqli janr və dillərdə nəşr olunmuş kitabların bir araya gəldiyi “Baku Book Center” adlı möhtəşəm kitab mərkəzi fəaliyyətə başlayıb. Burada bədii ədəbiyyatla yanaşı, elmi ədəbiyyat mövzusunda yüzlərlə kitaba rast gəlmək mümkündür.

Məqsədi kitabın ölkədə təbliği olan bu yeni məkan 2500 kv/m olmaqla, Üzeyir H. və Qoqol küçələrinin kəsişməsində yerləşir. Mərkəzin açılışı Heydər Əliyev Fondunun təşəbbüsü ilə 28 avqust tarixində prezident İham Əliyev və birinci ledi Mehriban Əliyevanın iştirakı ilə baş tutmuşdur.

Burada kitab sevənlər üçün tamamilə hər bir şərait yaradılmış-  2-ci mərtəbəsində oxu zalı, görmə qabiliyyəti zəif olanlar üçün, və eləcə də, uşaqlar üçün xüsusi hissə ayrılmışdır. Həmçinin, burada gələcəkdə kitab həvəskarları üçün müxtəlif tədbir və yığıncaqların keçirilməsi nəzərdə tutulmuşdur.

Mərkəzin ən diqqət çəkən hissələrindən biri isə Cofeemood adlı kafesinin olmasındadır. Bir fincan qəhvənin hansı kitab arxasında tamamlayacağını isə şəhərin kitab sevərlərinə buraxırıq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır