Səyahət üçün dünyanın ən ucuz 9 ölkəsi
21 OKTYABR
3952

Səyahət üçün dünyanın ən ucuz 9 ölkəsi

“Skayskaner” müxtəlif ölkələrin blogerlərinin hesabatlarını, bron sistemlərini və ərzaqların qiymətləri göstərilən saytları araşdıraraq səyahət üçün 9 ən ucuz ölkəni seçib.

Hər ölkənin gündəlik xərcləri iki nəfər üçün hesablanıb. Təbii ki, insanlar fərqli olduğu kimi onların istirahət, səyahət haqqındakı fikirləri də müxtəlifdir. Bəziləri üçün adi hostel kifayətdir, bəzilərini isə heç 5 ulduzlu otel də razı sala bilmir. Ona görə də, biz dəbdəbəli otelləri deyil, sadə restoran və kafeləri, eləcə də gesthaus və baha olmayan mehmanxanaları və ya airbnb mənzillərini nəzərdən keçirdik.

LAOS Səyahəti ictimai nəqliyyatla etmək qərarına gəlsən, bəzi ölkələrdə xərcləri iki dəfə azalda bilərsən. Hindistan və İndoneziya üçün gündəlik 40-50 dollar kifayətdir. Amma bu ölkələrdə iki nəfərə 20 dollara da səyahət etmək olar.

Beləliklə, səyahətin elə də baha başa gəlməyəcəyi 9 maraqlı ölkə:

1.İndoneziya

İki nəfər üçün gündəlik büdcə: 40-50 dollar

Təxmini qiymətlər:

İndoneziyada küçə yeməyi qəpik-quruşa başa gəlir: nasi qorenq və ya mi qorenq (qovrulmuş düyü və ya əriştə) 1,5-2 dollardan baha olmur. Restoranda isə orta hesab – 5-8 dollardır.

Normal gesthausda Sumatrada 100 min rupiy (9-10 dollar), Yavada 10-15 dollar, Balidə 15-20 dollara qalmaq mümkündür.

2.Laos

 

İki nəfər üçün gündəlik büdcə: 55-65 dollar

Təxmini qiymətlər:

Küçə kafelərində nahar 10-50 min (1-5 dollar), turistik kafelərdə isə 50-100 min (5-10 dollardır) kipdir.

İki nəfərlik orta qiymətli nömrə 10-15 dollara başa gələcək (Vyetnamda bir qədər bahadır)

3. Hindistan

İki nəfərlik gündəlik büdcə: 40-45 dollar (İki hindistanlı gündə 1,6 dollar xərcləyərək üç həftə keçiriblər)

İki nəfərlik gündəlik büdcə: 40-45 dollar (İki hindistanlı gündə 1,6 dollar xərcləyərək üç həftə keçiriblər)

Təxmini qiymətlər:

Hindistanda küçə yeməyi demək olar ki, havayıdı: vegeterian talisinin (düyü, qaynadılmış tərəvəzlər, mərci və kökə) bir payı 50 rupiyə (0,80 dollar), yerli yeməkxanada doyunca yemək 150 rupiyə (2,5 dollar), turistik restoranlarda orta hesab 200-400 rupiy (3-6 dollar) olacaq.

Yaşayış yeri ilə vəziyyət oxşardır: demək olar ki, hər yerdə 300-500 rupi (5-8 dollar) versəz siz yataq, divar və damdan ibarət dəstə sahib olacaqsız, 600-900 rupiyə isə (10-15 dollar) kondisionerli otaq əldə edə bilərsiz. Mumbayda və turistik yerlərdə mövsümün pik vaxtında xərclər 2-3 dəfə artır.

4.Nepal

İki nəfərlik gündəlik büdcə: dağlarda trekdə – 40 dollara yaxın, ölkənin digər yerlərində – 45-50 dollardır.

Təxmini qiymətlər:

Nepalda küçə kafesində doyunca yemək üçün 400-500 rupi (4-5 dollar) bəs edir. Turistik kafelərdə isə bu 2-3 dəfə baha başa gələcək, iki nəfərlik nahar təxminən 15 dollar olacaq.

İki nəfərlik yer ucuz gesthausda gündə 500-800 rupi (5-8 dollar), 15-20 dollara isə normal oteldə qalmaq mümkündür.

5. Misir

İki nəfərlik gündəlik büdcə: 50-60 dollar

Təxmini qiymətlər:

Misirdə küçə yeməyi çox ucuzdur: falafel, kuşari, şaverma 5-10 funtadır (1,5 dollar)

Restoranda orta hesablı çek – 30-50 funtdur (4-7 dollar). Sadə gesthausda otaq 15 dollar, gözəl oteldə isə 25-30 dollara otaq tapmaq olar.

6. Tunis

İki nəfərlik gündəlik büdcə: 60-70 dollar

Təxmini qiymətlər:

Şakşuka, kolbasa-mergez və ya lablabi şorbası kimi yerli yeməklər 5 dinara (3 dollara), restoranda nahar isə 15 dinar (8-9 dollar) olacaq.

Tunisdə ucuz gesthauslar elə də çox deyil, amma 45-50 dinara (20-26 dollar) sadə nömrə tapmaq olar.

7. Gürcüstan

İki nəfərlik gündəlik büdcə: 75-85 dollar

Təxmini qiymətlər:

Gürcüstanda küçə yeməyi yoxdur. Xaçapuri və lobianini hər küçə başında 2-3 lariyə (1,5 dollara) satırlar. Kafedə nahar 10-12 lariyə (5-6 dollar) başa gələcək. Aralıq variant kimi – xəngəl ola bilər. Bir ədədi 50-60 tetridir (0,25 dollar), bu xəngəlin 10 dənəsi bütün gün tox qalmaq üçün kifayət edir.

Tbilisi və Batumidə sadə iki nəfərlik yer 40 dollara başa gələcək (alternativ olaraq – kauçserfinq və ya sutkası 30 dollara başa gələcək mənzilin kirayəsi), digər yerlərdə, ucuz gesthauslarda nömrə 30-60 laridir (15-30 dollar).

8. Serbiya

İki nəfərlik gündəlik büdcə: 70-80 dollar

Təxmini qiymətlər:

Serbiyanın fastfud analoqları – gibanisa pendir kökəsi, çevapçiçi kolbasaları, pleskavits (qarnirli kotlet və ya çörəkarası) – 200 dinardan (2 dollar) baha deyil. Bir pleskavitsa doymağa kifayət edir.

Normal restoranda nahar 10 dollara başa gəlir. Belqradda sadə iki nəfərlik nömrə 35-40 dollaradır. Mərkəzdə mənzil tutmaq isə 25-35 dollara başa gələcək.

9. Rumıniya

İki nəfərlik gündəlik büdcə: 80-90 dollar

Təxmini qiymətlər:

Rumıniyada küçə yeməyinə rast gələ bilməzsiniz. Ucuz kafedə və ya fastfudda təxminən 5 dollara nahar edə bilərsiniz, restoranda isə bir nəfər üçün naharın qiyməti 12-15 dollara başa gələcək.

Ümumilikdə, ölkədə gesthausda iki nəfərlik nömrə və ya 2 ulduzlu mehmanxanada qalmaq 25-30 dollara başa gəlir. Buxarestdə mənzili gündəlik 30 dollara, Braşovedə isə 35-40 dollara kirayələmək olar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır