Səyahət etmək üçün necə pul yığmaq olar?
19 OKTYABR
412

Səyahət etmək üçün necə pul yığmaq olar?

Bəzən səyahətçi üçün “imkanlı şəxs” və ya “şanslı biri” kimi ifadələr xarakterizə amillərdən hesab edilmir. İnsan həyatında nail olmaq istədiyi hər şey üçün ilk öncə çalışmalıdır.

Bu səbəbdən, səyahət etməyi üstün hesab edən hər kəs, ilk öncə bunun reallaşması üçün işləməli və həyatın digər sahələrində qənaət etməyi bacarmalıdır.

Bəs səyahət etmək üçün necə pul yığmaq olar?

  1. Büdcənizi yaradın. İlk növbədə, Excel və ya digər proqramda elektron cədvəl yaradın və hər bir ödənişinizi və ya xərcinizi qeydə almağa başlayın. Bu sizə qazancınızın əsasən nəyə sərf edildiyini müəyyən etmək üçün lazım olacaq.
  2. Əşyaların satışı. İstifadə etmədiyiniz əşyalarınızı toplayaraq sata bilərsiniz. Bu addım sizin əmanətlərinizi az da olsa artıra bilər.
  3. Alış-verişə az-az çıxın. Bu sadə səslənsədə, nəsə almamışdan öncə həqiqətən buna ehtiyacınız olduğu barədə düşünün.
  4. Əyləncəyə limit. Daha çox ödənişsiz əyləncə növlərinə üstünlük verin, çünki çox pul xərcləmədən də əyləncəli vaxt keçirmək olar.
  5. Yüksək faiz dərəcəsi təqdim edən banklara müraciət edin. Əmanətinizi banklara yüksək faizlə yerləşdirərək artıra bilərsiniz.
  6. Kommunal xidmətlərdə qənaət edin. Əgər evdə kabel televiziyası varsa və siz televizora demək olar ki, baxmırsınızsa, bu zaman kabel tv üçün aylıq ödənişlər etmək məcburiyyətində deyilsiniz. Hal-hazırda bütün kino və verilişləri internet üzərindən izləmək mümkündür. Bundan əlavə istifadə etmədiyiniz halda qazı və işıqları söndürün və s.
  7. Alış-verişə çıxdıqda siyahı tutun və həmin siyahıya əməl edin!
  8. Sağlam, emal edilməmiş ərzaq məhsullarından istifadə etməyə başlayın. Onlar həm daha ucuz, həm də daha faydalıdır.
  9. Hədiyyələr. Əgər bacarıqlarınız varsa, bu zaman öz əl işlərinizdən hədiyyə kimi istifadə edə bilərsiniz.
  10. Abunə və Üzvlülük. Fitnes mərkəzlərinə və digər ödənişli müəssisələrə abunəliyi, velosipedlə gəzinti, qaçmaq, yürüş və s. pulsuz əyləncələrlə əvəz edin.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır