Dünyanın ən lüks və ən bahalı xizək mərkəzi - ASPEN (Özel)
31 OKTYABR
584

Dünyanın ən lüks və ən bahalı xizək mərkəzi - ASPEN (Özel)

Artıq Qış fəsli yaxınlaşır. Bununla əlaqədar Turizm.fins.az  dünyanın ən yaxşı Qış turizm məkəzləri haqqında sizlərə məlumat vərəcək. İlk olaraq ABŞ-ın Colorado əyalətində yerləşən “Aspen” qış turizm mərkəzindən başlayaq.

“Aspen” - dünyanın bir çox yerlərindən turistlərin axın etdiyi, ən lüks və ən bahalı xizək mərkəzlərindən biridir. Buranın onlarla xüsusi təyyarənin enib qalxdığı hava limanı, mehmanxanaları, xizək eniş zolaqları, mağazaları var. Həmçinin Aspen "pul", "imkan" və "lüks" fikirləri bir araya gətirən bir mərkəzdir. Rocky Dağları arasına gizlənmiş xizək mərkəzi 1350 metr yüksəklikdə yerləşir . Lüksu və rahatlığı, idmanı və gecə həyatını bir arada sizlərə yaşatma imkanı yaradır.

Aspendə otellərin bir həftəlik qiymətləri isə aşağıdakı kimidir.

Fasching Haus 6 Bedroom Luxury – 12.724 AZN

Deluxe Two Bedroom-Aspen Alps 501 – 5.486 AZN

Shadow Mountain 13 – 5.140 AZN

Premier 2 Bedroom - Aspen Alps #105 – 6.881 AZN

305 Fifth Avenue Condos – 4316 AZN

Standard 2 Bedroom - Aspen Alps #110 – 3.349 AZN

Chalet Lisl Lodge – 2.036 AZN

The Inn at Aspen 3* -  1.296 AZN

The Snow Queen Lodge and Cooper Street Lofts – 1.123 AZN

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır