Dünyanın ən yaxşı dağ-xizək turizm ölkələrində neçəyə dincəlmək olar
01 NOYABR
299

Dünyanın ən yaxşı dağ-xizək turizm ölkələrində neçəyə dincəlmək olar

Hər fəslin hər gözəlliyi olsa da, qış fəsli bir ayrı gözəldir. İlin yalnız bu fəslində qara rast gəlmək olur və kiçikdən böyüyə hər kəsin qarla olan əyləncə dövrü başlanır. Yay fəslində olduğu kimi bu mövsümdə də  istirahət gözəl və bir o qədərdə maraqlı keçir. İndi sizə qış fəslinin gözəl və maraqlı keçdiyi ölkələri təqdim edəcəyik.

İlk öncə dağ turizminin vətəni sayılan avstriyadan başlamaq istərdim. Burada mövsüm dekabrdda başlayır may ayının axırlarına qədər davam edir. Qiymətlər gediş və dönüş biletləridə daxil olmaqla bir nəfər üçün 1500 avrodan başlayır. Hər bir yerli avstriyalı xizək sürməyi yeriməyə başladığı gün öyrənir. Bu isə Avropada dağ-xizək sürmək turizminin mərkəzi olan Avstriya üçün heç də təəccüblü deyil. Terrasda taxtalardan düzəldilmiş və dadlı mətbəxi olan kiçik  restoranlar,gecə əyləncələri proqramın bir hissəsidir. Xizək sürən insanların master dərəcəsi olması və ya şassilərdən başlaması vacib deyil. 

Skandinaviya ölkəkəri içərisində ən sakit və dağ-xizək turizm ölkələri içərisində isə ən az qəzaların baş verdiyi ölkələrdən olan Norveçdə mövsüm noyabrın sonlarından başlayır və maya qədər davam edir. Bir həftəlik bir nəfər üçün nəzərdə tutulmuş turizm paketlərinin qiyməti 2000 € başlayıb ,10000-12000 € qədər davam edir. Norveçlilər özlərini xizəyin yaradıcısı hesab edirlər. Əfsanəyə inanan bu xalqa görə xizək çubuğunu da onlar yaradıblar. Hətta paytaxt Osloda belə Xolmenkolen dağının trivan istirahət mərkəzində belə siz ailənizlə gözəl vaxt keçirə bilərsiniz. norveçdə dağ-xizək turizminin bir hissəsi Laplandiya ərazisində yerləşir. Ancaq yolların çox geniş olmaması səbəbindən bura turist cəlb edilməsi baxımından zəifdir. Regionun dörd zonasını özündə birləşdirən Ore özünün tarixi keçmişı ilə fərqlənir. Burada Ore-byu, Ore-borner, Duved, Turqefel və Edsdallendda xizək sürməyi sevən insanlar üçün çoxlu sayda istirahət mətkəzləri, qış parkları, oteller və restoranları ilə seçilir. Mərkəzdən Ore-byuya gedən funikulyor 100 il əvvəl tikilməsinə baxmayaraq hələdə fəaliiyət göstərir.

Skandinavya ölkələrindən fərqli olaraq Fransada mövsüm daha gec ,dekabrın ortalarından başlayır və mayın ortalarına qədər davam edir. Fərq həm də qiymətlərdədir. Keyfiyyəti isə heç də bahalı Skandinavya ölkərindən geridə qalmır. Məsələn, Monblan dağlarının ətəyində yerləşən Şimoni Avropanın ən hündür və xizək sürmək üçün ən əlverişli hissəsidir. Əfsanəvi uzun ağ yamacları və yolları ilə seçilən otəllərində bir həftəlik qiymətlər-1500-2000 Avrodan başlayaraq qış fəslini daha da əyləncəli edə bilərsiniz.

İtaliyada da mövsüm dekabr ayından başlayır və qiymətlər Fransada olduğu kimi seçdiyiniz otellərə görə dəyişir. İtaliyada dağ-xizək turizm zonaları Fransa, İsveçrə və Sloveniya ilə qonşu olduğu üçün sərhədlərin harada bitməsi heç kəsə məlum  deyil və siz rahatlıqla dögər ölkələrin də ərazisinə keçə bilərsiniz.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır