Kiyevə niyə səyahət edirlər?
06 NOYABR
603

Kiyevə niyə səyahət edirlər?

Yeni ildə Kiyevə niyə səyahət edirlər?

Yeni ilin gəlişi Kiyevin məşhur Kreşatik küçəsində daha çox hiss olunur. Bu küçə Azadlıq meydanına aparır. Kreşatik bizim “Torqovıy” küçəsi qədər məşhurdur. Hər həftənin şənbə və bazar, həmçinin təqvimdəki bayram günlərində bu yolda maşınların hərəkətinə qadağa qoyulur və insanların gəzintisi, istirahəti üçün şərait yaradılır. Üstəlik Kreşatikdə yarmarkalar təşkil olunur. Ukraynanın ayrı-ayrı rayon və kəndlərinin müxtəlif məhsullarını sərgiləyən yarmarka kiyevlilərin sevimli alış-veriş yeridir. Onlar məhsulların çeşidlərinə maraq göstərirlər. Burada isə hər cür ekoloji təmiz məhsula, əl işlərinə və s. rast gəlmək olar. Bizdəki ənənəvi kənd təsərrüfatı yarmarkalarından fərqi daha çox milli xüsusiyyətləri nümayişə çalışmalarıdır. Hər bir satıcının qarşısındakı məhsulda ölkənin milli ənənələrini əks etdirən ornamentlər, dizayn aydın görünür. Ənənəvi üsullarla ərsəyə gələn çörəklər, şirniyyatlar, əl işləri, meyvələr, içkilər... hamını ayaq saxlamağa və maraqlanmağa məcbur edir. İnsanlar alacaqları hər bir məhsula təkcə müştəri kimi yox, həm də tamaşaçı kimi yanaşır, seyriçiyə çevrilirlər. Turizm.fins.az isə bunları nəzərə alaraq sizlərə yeni ildə Kiyev turunu təqdim edir. Belə ki, bu 09.01.2019 – 15.01.2019 tarixlərdə təşkil olunan turun qiymətinə aviabilet (Buta Airways), oteldə 6 gecə 7 gün qonaqlama və qidalanma (səhər yeməyi) daxildir. Turun qiyməti isə otellərdən asılı olaraq dəyişir və aşağıdakı kimidir.

• Ambassador Plaza 4* - 385 usd
• Amarant Hotel 3* - 410 usd
• Ukraine Hotel 4* - 449 usd
• Ibis Kiev City Center 3* - 427 usd
• Hotel Dnipro 4* - 497 usd
• Gintama Hotel 4* - 538 usd
• Ukraina Kiev Hotel 3* - 515 usd
• City Park Hotel 4* - 563 usd
• Ibis Kiev City Center 3* - 570 usd
• Senator Apartments Maidan 4* - 630 usd
• Khreschatyk City Center Hotel 4* - 666 usd
• 11 Mirrors Design Hotel 4* - 1150 usd

Qeyd edək ki, qiymət 2 nəfərlik otaqda 1 nəfər üçün nəzərdə tutulub. Ətraflı məlumat əldə etmək istəyənlər isə 050 309 83 88; 012 538 83 88 telefon nömrələri ilə əlaqə saxlaya bilərlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır