Quba Palace Hotel: Novruzu bizimlə qarşılayın, baharın gəlişini hiss edin!
19 MART
1817

Quba Palace Hotel: Novruzu bizimlə qarşılayın, baharın gəlişini hiss edin!

Azərbaycanda Novruz bayramı tək baharın gəlişi deyil, həm də yeni ilin başlanğıcı deməkdir, çünki o təbiətin oyanış və yenilənməsi rəmzidir. Bu bayram 21 martda qeyd olunur, lakin bir gün əvvəl, yəni Bayram axşamı bayram süfrəsi arxasında yığışmaq adətdir. Ənənəvi olaraq bayram bir neçə gün qeyd olunur ki, bu müddət ərzində yalnız istirahət etmək adətlidir. Buna görə Azərbaycan Nazirlər Kabineti hər il Novruz bayramına beş gün ayırır; bu il isə bayram günləri istirahət günləri hesabına yeddi günədək uzandı.

Razılaşaq ki, bu əsl "mini-məzuniyyət"-dir və bunu elə keçirmək lazımdır ki, həm dincəlib, güc-qüvvə toplayaq, həm də yay məzuniyyətinədək maraqlı təəssüratla yaşayaq. Biz sizə bu bayramları Azərbaycanın ən gözəl rayonlarından birində yerləşən gözəl Quba Palace Hotel-də keçirməyi təklif edirik. Qubada deyil, başqa harada təbiətin oyanışına şahid ola bilərsiniz? Başqa harada möhtəşəm dağlar, meşələr və göllərin füsunkarlığını duyub, təmiz dağ havasından feyziyab olub baharın qoxusunu hiss edə bilərsiniz?

Quba Palace Hotel Novruz günlərində qonaqları üçün möhtəşəm  bayram proqramı hazırlayıb. Bu tonqal üzərindən atılma və bir neçə şou-proqramdır: Milli kulinar şousu, Alov şousu, Sehrli şou, Səs və İşıq şousu; Pantomim teatrının çıxışı və uşaq folklor rəqs qrupunun perfomansı, tonqal ətrafında yallı, canlı xalq musiqisi, kəndirbaz və hoqqabaz çıxışı, bədii sərgi, rəsm dərsləri və bir çox digər maraqlı sürprizlər. 20-25 mart tarixi hər gün saatınacan planlanıb və seçim çox geniş olacaq. Lakin, əgər siz xalq şənliklərində iştirakdan uzaqsınızsa belə (otel məhz bunu vəd edir), sadəcə otelin mənzərəli ərazisində   gəzə bilərsiniz. Axşam isə Diamond gecə klubunda, Dj Kenan Drums-ın qatılacağı diskotekada ürəkdən rəqs edə bilərsiniz. Amma bu da son deyil: 21 mart tarixində yaraşıqlı “Şimal” zalında Azərbaycanın əməkdar artisti Tünzalə Ağayevanın konserti olacaq.

24 martda isə - Azərbaycanın əməkdar artisti, bir neçə kitab müəllifi, məşhur KVN-çi Bəhram Bağırzadənin oxucuları ilə avtoqraf-sessiya və görüşu olacaq. Martın 25-də Fashion-şou bayram günlərini tamamlayacaq; foyedə səslənən canlı musiqi isə bütün bayram axşamlarına rəng qatacaq.

Baharı bayram əhval-ruhiyyəsi ilə qarşılayın, təbiətlə bərabər yenilənin və milli Yeni İlinizə Qubada, əsrarəngiz gözəlliyə malik oteldə başlayın!

Bayramı hiss edin, bütün hüceyrələrinizlə və bütün ruhunuzla hiss edin - bunun üçün Quba Palace Hotel-də bütün şərait yaradılıb. Dağl və  göl mənzərəli otaqlar, qalıb yaşamaq istədiyiniz villalar, yüksək səviyyəli xidmət və diqqətli personal, istənilən zövqə uyğun mətbəxin təmsil olunduğu bir neçə restoran, SPA və fitness mərkəzləri, qolf klub və daha nələr…

ruhunuzla hiss edin - bunun üçün Quba Palace Hotel-də bütün şərait yaradılıb. Dağl və  göl mənzərəli otaqlar, qalıb yaşamaq istədiyiniz villalar, yüksək səviyyəli xidmət və diqqətli personal, istənilən zövqə uyğun mətbəxin təmsil olunduğu bir neçə restoran, SPA və fitness mərkəzləri, qolf klub və daha nələr…

Bu yazı təmiz bir vərəqdən, amma çox əlvan, əyləncəli başlayın!

Biz sizi gözləyirik! Biz sizin üçün işləyirik!

Web: www.qubapalace.com
Facebook: https://www.facebook.com/qubapalacehotel
Instagram: https://www.instagram.com/qubapalacehotel
T: +99412 404 3434 

Müəllif: Advance Azerbaijan

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır