Bakıdan Ankaraya getmək üçün ən rahat yol hansıdır? - QİYMƏTLƏR
15 MAY
690

Bakıdan Ankaraya getmək üçün ən rahat yol hansıdır? - QİYMƏTLƏR

Bildiyiniz kimi, Bakıdan Ankaraya gedəcək qatarın biletlərinin qiyməti məlum olub. 

Bu məlumat yayıldıqdan sonra qatarın qiymətləri ciddi şəkildə müzakiə olunmağa başlayıb. Bəziləri qiymətin münasib olduğunu düşünsə də bu fikrin əksini iddia edənlər də az deyil. 

Bakıdan Ankaraya getmək istəyən şəxs bilet üçün minimum 96 manat xərcləməlidir. Hələ biznes klass üçün isə bu rəqəm 220 manata yüksəlir. 40 saatlıq səyahət zamanı sizə səhər, günorta və axşam yemək veriləcək.

Təyyarə ilə Bakıdan Ankaraya 122 AZN-ə getmək mümkündür. Bununla yanaşı, ünvana 2 saat 30 dəqiqə kimi qısa bir vaxta çata biləcəksiz.

Bakıdan avtobusla Ankara getmək istəyənlər isə cəmi 78 manat ödəməlidir. Bakıdan hərəkətə başlayan avtobusla 30 saatlıq müddətə mənzil başına çatacaqsınız. 

Bu 3 nəqliyyat vasitəsi arasında ən gec mənzil başına çatanı qatardır. Hər nəqliyyat vasitəsinin öz üstünlükləri və mənfi cəhətləri var. İstənilən halda seçim sonda sizin öz üzərinizə düşür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır