Bakıdan Batumiyə avtobus reysi açılacaq - QİYMƏT
10 İYUN
838

Bakıdan Batumiyə avtobus reysi açılacaq - QİYMƏT

İyuldan etibarən hər həftənin bazar ertəsi, çərşənbə və cümə günləri Bakı vaxtı ilə saat 18:00-da Bakı Beynəlxalq Avtovağzal Kompleksindən (BBAK) Bakı-Batumi avtobus reysi həyata keçiriləcək.

Avtobus Batumi şəhərinə növbəti gün saat 10:00-da çatacaq. Avtobusun Batumidən geriyə yola düşmə vaxtı çərşənbə, cümə və bazar günləri yerli vaxtla saat 10:00-da olacaq. Biletin bir istiqamət üzrə qiyməti 40 AZN təşkil edir. 

Bakı-Batumi reysinə biletlərinin satışı həm BBAK-ın kassalarından, həm də onlayn şəkildə həyata keçirilir. Biletləri “Qabaqcadan satış” kassaları və onlayn qaydada 10 gün öncədən 1 gün öncəyədək əldə etmək mümkündür.

Beş yaşınadək uşaqlar üçün gediş haqqı (oturacaq verilməmək şərtilə) pulsuzdur. Beş yaşından 10 yaşınadək uşaqlar üçün isə biletin qiymətinin 50 faizi ödənilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır