"Quba Palace Hotel"də 4 və 6 nəfərlik istirahət neçəyədir? - QİYMƏTLƏR
08 İYUL
916

"Quba Palace Hotel"də 4 və 6 nəfərlik istirahət neçəyədir? - QİYMƏTLƏR

Yay aylarında Azərbaycan paytaxtının sakinləri ənənəvi olaraq ölkənin sərin  rayonlarına istirahətə yollanırlar və Quba-Xaçmaz rayonunun yerləşdiyi şimal-şərq  sevimli istiqamətlərdən biridir. Bu başa düşüləndir: birincisi, buranın füsunkar təbiəti var, ikincisi, gündüzün istiləri sərin axşamlarla əvəzlənir. Üçüncüsü, burada bir çox memarlıq və tarixi abidələr var. Həm də buranın yolu da çox uzaq deyil: cəmi iki saatlıq yoldur, axı, Bakıdan Qubaya məsafə 168 km-dir.

Burada aktiv istirahəti passiv ilə uğurla birləşdirmək olar, çünki Quba yaxınlığında Azərbaycanın ən yaxşı otellərindən olan Quba Palace Hotel yerləşir. Və siz komfortlu istirahət tərəfdarısınızsa, beşulduzlu Quba Palace Hotel-də qalmanızı təklif edirik.

Turizm.fins.az 1 İyul - 31 Avqust tarixlərinə qiymət cədvəlini sizə təqdim etməkdən məmnunluq duyur.

Deluxe Dağ Mənzərəli Otaq (2 nəfərlik) - 200 AZN

Deluxe Göl Mənzərəli Otaq (2 nəfərlik) - 220 AZN

Junior Suite (2 nəfərlik) - 240 AZN

Honeymoon Suite (2 nəfərlik) - 270 AZN

Family Suite (4 nəfərlik) - 450 AZN

Manna Villa (2 nəfərlik) - 400 AZN

Midiya Villa (6 nəfərlik) - 1000 AZN

Urmiya Villa (8 nəfərlik) - 1300 AZN

Atropatena Villa (8 nəfərlik) - 1500 AZN

Şərtlər və qaydalar

Qiymətlərə səhər yeməyi və vergilər daxildir

 Ödənilmiş məbləğlər geri qaytarılmayandır.

Ödənişlər bank transferi, kredit karti və Bakı ofisində qəbul olunur.

Qiymətlərə komisyon haqqı daxil deyil

Otel doluluqdan asılı olaraq son otaqlar üçün satış qiymətini dəyişdirmək hüququna malikdir.

Əlavə çarpayı siyasəti

 0-6 yaş arası uşaqlar üçün əlavə çarpayı ödənişsizdir

6-12 yaş arası şəxslər üçün əlavə yataq 40 AZN (bir gecəlik)

12 yaş və üzəri şəxslər üçün əlavə yataq 60 AZN (bir gecəlik)

Ətraflı məlumat və rezervasiya üçün, zəhmət olmasa əlaqə saxlayın: +99450 281 8150 / +99412 404 3434. Təşəkkür edirik!

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır