"Optimal Elektronika" işçi axtarır – VAKANSİYA
30 İYUL
2291

"Optimal Elektronika" işçi axtarır – VAKANSİYA

"Optimal Elektronika" Mağaza inzibatçısı (Şəki) vəzifəsinə işçi axtarır.

Tələblər:

• Elektronika mağazanın idarə edilməsi sahəsində azı 2 il iş təcrübəsi;
• Komandanın idarə edilməsi təcrübəsi;
• Satış sahəsinə dair nəzəri və praktik biliklər;
• Satışın Planlanması və Planın icrasına dair təcrübə;
• Azərbaycan və rus dillərini mükəmməl bilməli, ingilis dilini bilənlərə üstünlük verilir.

Vəzifələri:

• Mağazanın daxilində pozitiv komanda ruhunun yaradılması;
• Satışın effektiv həyata keçirilməsinə nəzarət;
• Mağaza işçilərinin davamiyyətinin izlənilməsi;
• İşçilərə iş yerində təlimlərin keçirilməsi;
• Şirkətin müvafiq departamentlərinə hesabatların verilməsi;
• Mağazanın işçi heyətinin effektiv idarə edilməsi;

İş şəraiti:

• AR Əmək Məcəlləsinə əsasən sənədləşmə
• Həftədə 6 iş günü, 1 gün istirahət
• Baza əmək haqqı ilə yanaşı, bonus sistemindən faydalanmaq.

Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən mövzu yerində “Mağaza inzibatçısı (Şəki)” qeyd edərək öz CV-lərinizi [email protected] elektron ünvanına göndərməyiniz xahiş olunur. 
Son tarix: 20.08.2019

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır