8 günlük "Avropa Nağılı" - SƏYAHƏT QİYMƏTLƏRİ
05 AVQUST
544

8 günlük "Avropa Nağılı" - SƏYAHƏT QİYMƏTLƏRİ

İsveçrənin Sürix, Bern, Cenevrə şəhərləri və valehedən təbiətində möhtəşəm anlar yaşamaq üçün bu turu qaçırmayın.
TARİX:
17.08.19 – 24.08.19

PROQRAM ÜZRƏ:
1. gün Sürix
Hava Limanında qarşılanma və otelə transfer. Oteldə yerləşmə və sərbəst vaxt.
2-ci gün. Ştayn am Rayn
Almaniya sərhəddinə yaxın orta əsrlərə aid şəhərdə gəzinti. Əlavə olaraq Lixtenştenə ekskursiya edərək yerli çaxırların dadına baxa bilərsiniz
3-cü gün. Yunqfrau əyalətinə səyahət.
Oteldə səhər yeməyi. Lyucherndə piyada gəzinti. İnterlaken turistik şəhərində səyahət. Yunqfrauda oteldə yerləşmə və axşam sərbəst vaxt
4-cü gün. Yunqfrauyox – Şəlalələr vadisi
Oteldə səhər yeməyi. Sərbəst gün
5-ci gün. Bern səfəri
Oteldə səhər yeməyi, Bernə yola düşmə, Bern şəhərinin mərkəzində gəzinti. Qrüyerə yola düşülür, ordan da Montreyə səfər edilir. Oteldə yerləşmə və sərbəst vaxt.
6-cı gün. Fransanın termal kurrortuna səyahət və istirahət
7-ci gün. Cenevrə səyahəti
Oteldə səhər yeməyi. 
İsveçrə Rivierasında gəzinti. Şilon qəsrinə ekskursiya (Qəsrə giriş bileti turun qiymətinə daxildir). Çarli Çaplinin məzarı olan Veveyə səfər. Ordan da Lozanno səyahəti. Sərbəst vaxt.
8-ci gün. Cenevrə - turun sonu
Hava limanına transfer.

QİYMƏT:
- 1799 eur

QIYMƏTƏ DAXILDIR:
• Avia uçuş (Tranzit)
• Qrup transferi (Hava limanı-Otel-Hava limanı)
• Oteldə yerləşmə.
• Qidalanma (Səhər yeməyi)
• Rus dilli bələdçi
• Şilon qəsrinə giriş bileti
• Sığorta

Qiymət 2 nəfərlik səyahətdə 1 nəfər üçün qeyd edilmişdir.
Ödəniş günün məzənnəsinə uyğun olaraq manatla qəbul olunur.

994 77 497 77 70 (+Whatsapp)
994 12 497 58 21/22

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır