Bu festivalda iştirak etmək üçün şengen vizasını necə əldə etmək olar?
11 OKTYABR
622

Bu festivalda iştirak etmək üçün şengen vizasını necə əldə etmək olar?

Tezliklə İspaniyanın Barselona şəhərində Beynəlxalq Caz Festivalı keçiriləcək. Festivalda iştirak etmək istəyənlər isə Şengen vizası əldə etməlidilər.

Bunu nəzərə alaraq Turizm.fins.az  Azərbaycan vətəndaşlarının Şengen vizasını əldə etmələri üçünqısa məlumat təqdim edir.

Vizanın 2 növü var:

-          Qısamüddətli (90 günə qədər, turizm və ya işgüzar səfər)

-          Uzunmüddətli (90 gündən artıq, təhsil, işləmək və ya ailə birləşməsi üçün)

Şengen vizasını almaq üçün Prosedur  10 iş günü ərzində davam edir. Xüsusi hallarda, bu müddət ya 30 iş gününə kimi uzana bilər, ya da 2 iş gününə kimi azala bilər.

Əgər siz planlaşdırılan səfər tarixindən 3 gün əvvəl viza üçün müraciət edirsinizsə, bu zaman €70 ikiqat viza haqqı ödəməlisiniz. Əgər siz viza ödənişindən azadsınızsa, o zaman €35 ödəniş edəcəksiniz. Lakin siz rəsmi nümayəndəliyin və ya parlamentin üzvü, fiziki qüsurlu şəxs, jurnalist, təqaüdçü olduqda və ya humanitar məsələlərlə bağlı səfər edirsinizsə, o zaman hətta təcili vizaya müraciət etdikdə belə viza ödənişi etməyəcəksiniz.

Şengen vizasını istənilən Şengen vizası verən ölkənin səfirliyindən ala bilərsiz.

Eləcə də bax: Barselonada Beynəlxalq Caz Festivalı keçiriləcək 

Eləcə də bax: Barselona otellərində QİYMƏTLƏR 

Eləcə də bax: Şengen vizasını necə almaq olar? – ÜSULLAR VƏ İMKANLAR

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır