Moskva şəhər mərkəzindən 45 kilometr cənub qərbdə yerləşən «Domodedovo» hava limanı Rusiya paytaxtının 3 əsas hava limanlarından biridir. Qeyd edək ki, Moskvada ümumilikdə 5 hava limanı var. Bunlar - «Domodedovo» «Vnukovo» «Ostafaevo» «Ramenskoe» və «Şeremetyevo»dur.
Sərnişin qəbul etməsi
«Domodedovo» Moskvaya uçan sərnişinlərin təqribən 46%-ni daşıyır və sərnişin qəbul etmə gücünə görə Rusiyada ikinci yerdədir. 2014 cü ilin statistikasına görə havalimanı 33 milyon sərnişinə xidmət edib. 2015 ci ilin statistikasına görə 10 illik liderlikdən sonra «Domodedovo» havalimanı öz yerini «Şeremetev» hava limanına güzəştə getməli olub. «Şeremetevo» havalimanı 30.5 milyon sərnişinə xidmət edib. «Domodedovo» Avropanın 20 ən çox sərnişin qəbul edən hava limanlarından biridir.
Tarix və imkanları
«Domodedovo» hava limanı 1962-ci ildə istifadəyə verilib, 1964-ci ilin 25 martında isə hava limanından ilk sərnişin təyyarəsi olan Tu-104 Moskva –Sverdlovsk istiqaməti üzrə uçuş həyata keçirib. «Domodedovo» Moskvanın yeganə hava limanıdır ki, eyni zamanda iki uçuş zolağı üzrə təyyarələri qəbul edib yola sala bilir. Hava limanında bir birindən iki kilometr aralıda olan zolaqlar eyni zamanda zolaqların birindən təyyarə qalxa digər birindən isə təyyarə eniş edə bilər. Üstəlik, «Domodedovo» Rusiyada «Airbus A 380» sərnişin laynerini qəbul edə bilən ilk hava limanıdır.
Reysləri
«Domodedovo» aeroportundan 82 aviaşirkət dünyanın 247 istiqaməti üzrə uçuşlar təşkil edir. Bunlardan 48-i xarici şirkətlərdi ki, onların da 12-si MDB ölkələrinə məxsusdur. 2011 ci ildə havalimanı «World Airport Awards»mükafatını alaraq Şərqi Avropada ən yaxşı hava limanı adına layiq görülüb. Azərbaycanın mili aviadaşıyıcısı olan «Azal» da öz reyslərini əsasən «Domodedovo» hava limanına təşkil edir.
Hava limanı kompleksi
«Domodedovo» hava limanın sərnişin terminalı 134 min kv metr ərazini əhatə edir. 1 ci mərtəbədə qeydiyyat yeri , yemək yemək üçün kafelər, gözləmə zalı həmçinin yerli və beynəlxalq xətlərin həyata keçirildiyi məkanlar yer alıb. Hava limanın həmçinin 20 pəncərəli 4 qeydiyyat məntəqəsi fəaliyyət göstərir. Bundan əlavə 20 pəncərəli 3 məntəqə də yüklərin qeydiyyata alınması üçün sərnişinlərə xidmət göstərir. Eskalator və liftlə qalxa biləcəyiniz ikinci mərtəbədə isə müxtəlif dükanlar kafe və restoranlar,spa-salonlar və banklar fəaliyyət göstərir. Həmçinin burada poçt xidməti,miqrasiya xidməti yerləşir. Steril və ya «təmiz zona» adlanan ərazidə isə tibbi məntəqələr, biznes-zallar, müxtəlif dükanlar yerləşir.
Beynəlxalq istiqamətdə uçuşlar həyata keçirilən ərazidə isə fito-sanitar-karantin və veterinar nəzarət həyata keçirilir. Bundan əlavə burada baqajın verilməsi,saxlanc kameraları və rəsmi nümayəndəliklər üçün ayrıca xidmət göstərən zal da fəaliyyət göstərir.
Xüsusi xidmətlər
Hava limanının ikinci mərtəbəsində ana və uşaq üçün 24 saat fəaliyyət göstərən otaqlar var. Bu otaqlar 8 yaşına qədər sağlam uşaqlar,14 yaşına kimi isə fiziki qüsurlu uşaqlar üçün nəzərdə tutulub. Burada analar öz övladlarını yedizdirə və geyimlərini dəyişə bilərlər. Həmçinin burada uşaqların oynamaqları üçün də yer var.
Bundan əlavə hava limanında dini ayinləri yerinə yetirmək üçün müxtəlif dinə məxsus insanlar üçün otaqlar da var. Hava limanında 2002-ci ildən «Səfər» adlı məscid də fəaliyyət göstərir. Bundan əlavə fiziki qüsurlu insanlar üçün fırlanan qapılara xüsusi düyməciklər quraşdırılıb ki,hansı ki, əlil arabasında oturan şəxs həmin düyməni sıxdıqdan sonra qapı yavaş-yavaş fırlanır ki, fiziki qüsurlu şəxs rahat keçə bilsin. Liftlərdəəlil arabalarının keçə bilməsi üçün xüsusi genişlik yaradılıb.
VİP xidmət
Həmçinin hava limanında xüsusi qonaqlar üçün VİP zal da xidmət göstərir. Bu zalda gediş və gəliş zamanı bütün xidmətlər göstərilir.
Xidmətə daxildir:
-Xüsusi ayrılmış yerlərdə özünüzün və baqajınızın qeydə alınması
-Sərhəd Gömrük nəzarətindən növbəsiz keçid
-Ayrıca təşkil olunmuş mikroavtobusda,sərnişinin təyyarəyə qədər aparılması
-Uşaqların oynamağı üçün otaqlar
-Vanna otağı və pulsuz wifi
-Əlavə xüsusi xidmətlər
-Danışıqlar üçün ayrıca otaq
-Duty-Free dükanlarından alış-verişin edilməsinin təşkil olunması
-Taksi sifariş olunması
-Avtomobiliniz üçün xüsusi avtodayanacaq
-Baqajın qablaşdırılması
Xidmət böyüklər üçün 265 avrodur 6-12 uşaqlar üçün isə 135 avro. 6 yaşa qədər uşaqlar üçün isə pulsuzdur.
Müasir texnologiya
Hava limanında avtomatik elan sistemi işləyir. Hər bir elan 3 dildə İngilis,Rus və uçuşun gediş gəliş istiqamətində olan ölkənin dilində səsləndirilir. Ümumilikdə hava limanında 20 dən çox dildə elan verilir ki, bunlardan biri də Azərbaycan dilindədir. Hava limanın da həmçinin baqajlara da xüsusi nəzarət olunur. Yüklər tamamilə xüsusi avadanlıqlara yoxlanılır və heç bir təhlükəli maddənin keçirilməsinə imkan verilmir. Bundan əlavə hava limanı «World Tracer» sisteminə qoşulub. Bu sistem baqajın səf ünvana gödərilməsi zamanı belə onu yerini müəyyən etməyə kömək edir.
«Domodedovo»dan uçan şəxslər qeydiyyatı mobil telefon vasitəsi ilə də edə bilər. Həmçinin hava limanında «CUSS» adlı məntəqələr də var hansı ki,məntəqəyə yaxınlaşmaqla eniş talonunuzu ala bilərsiz. Bu sizin qeydiyyat keçmək üçün vaxt sərf etməmənizə yardımçı olacaq.
Hava limanın sahibi «East Line» şirkəti hesab olunur.
Uçuşlar istiqamətlər
Cənubi –şərqdə yerləşən havalimanı ilkin olaraq Sibir, Uzaq Şərq və Orta Asiyaya uçuşlar həyata keçirib. İlk uçuşlar «İl» və «Tu» təyyaraələri ilə həyata keçirilib. 1992 ci ildə isə havalimanı beynəlxalq hava limanı statusunu alıb.
2016 cı ilin sentyabrına olan statistikaya görə 80 aviaşirkət aşağıdakı istiqamətlərdə uçuşlar təşkil edir.
Аviaşirkət |
Məntəqə |
Сектор |
Aegean Airlines |
Afina Saloniki Yayda:İraklion Kalamata Kerkira Rodos |
A/B |
Air Arabia |
Şardja |
A/B |
Air Bishkek |
Bişkek Oş |
A/B |
Air India |
Dehli |
A/B |
Air Kyrgyzstan |
Bişkek Oş |
A/B |
Air Moldova |
Kişinyov |
A/B |
Austrian Airlines |
Qışda:Vyana |
A/B |
Avia Traffic Company |
Bişkek Oş |
A/B |
Azerbaijan Airlines |
Bakı |
A/B |
Azur Air |
Yay çarteri: Агадир, Barselona Burqas Var na İraklion Kamran Pxuket |
A/B |
British Airways |
London |
A/B |
Brussels Airlines |
Brüsel |
A/B |
El Al |
Tel-Aviv (Ben-Qurion) |
A/B |
Ellinair |
Afina Saloniki |
A/B |
Emirates |
Dubay (Beynəlxalq) |
A/B |
Etihad Airways |
Abu-Dabi |
A/B |
Eurowings |
Berlin (Teqel) (31 oktyabr 2016 dək) |
A/B |
Gulf Air |
Bəhreyn |
A/B |
Iberia |
Madrid |
A/B |
Japan Airlines |
Tokio (Narita) |
A/B |
Lufthansa |
Myünhen Frankfurt-na -Mayne |
A/B |
Meridiana |
Yayda: Verona Qenuya Neapol |
A/B |
Mistral Air |
Yayda: Verona |
A/B |
Montenegro Airlines |
Podqoriça Tivat |
A/B |
Nouvelair |
Monastir Enfida |
A/B |
NordStar Airlines |
Yay çarterləri: Antalya Araksos Barselona Varna İraklion Tivat |
A/B |
NordStar Airlines |
Krosnayarsk (Emelyanova) Maxaçkala Mineralnıe Vodı Norilsk |
C/D |
Pegasus Airlines |
İstanbul (Sabiha Qökçen) |
A/B |
Pegasus Asia |
Bişkek |
A/B |
Qatar Airways |
Doha |
A/B |
Qeshm Airlines |
Tehran (İmam Xomeini) |
A/B |
Red Wings Airlines |
Yayda: Tivat |
A/B |
Red Wings Airlines |
Blaqoveşensk Krasnodar Maqadin Mineralnıe Vodı Novosibirsk Simferopol Soçi |
C/D |
Royal Flight |
Yay çarteri:Barselona |
A/B |
Royal Jordanian |
Amman (Koroleva Aliya) |
A/B |
S7 Airlines |
Aşxabad, Bakı, Barselona, Batumi, Berlin Alikante (Teqe) Burqas,Varna ,Verona ,Düsseldorf, İrəvan, Kişinyov, Kulayb, Larnaka ,Madrid ,Malaqa, Myünhen, Neapol, Oş, Pafos ,Rodos ,Taraz ,Uralsk, 2016- 4 noyabr-dan Urqenç, Ust-Kameneqorsk ,Fərqanə, Hudcand ,Alikante Yay: Afina ,Batumi ,Valensiya, Genuya ,Dublin, Dubrovnik, İvisa, Kutaisi, Palma-de Malyorka, Pula, Split, Frankfurt-na Mayne Qış:İnsburq, Zalzburq ,Plovdiv |
A/B |
S7 Airlines |
Abakan, Anapa, Həştərxan,Barnaul, Bratsk, Vladiqafqaz, Volqaqrad, Voronej, Dağlıq-Altaysk, Yekatirinburq, İrkutsk, Kazan, Kalininqrad, Kemerova, Krasnodar, Krasnoyarsk, Mineralnıe Vodı, Minsk, Murmansk, Nadım-Nijnevartosk, Nidjnkamsk, Nijnevartovsk, Nijnıy Novqorod, Novokuzneçk ,Novosibirsk, Norilsk, Omsk, Perm, Rastov-na –Donu Salexard, Samara, Sankt-Peterburq, Simferepol, Soçi, Saktıvkar,Stavropol, Tomsk, Tyumen, Ulan-Ude, Ufa, Çelyabinsk, Çita, Yakutsk |
C/D |
SCAT Airlines |
Aktau ,Aktobe, Şımkent |
A/B |
Singapore Airlines |
Sinqapur, Hyuston (İnterkoninental) 29 oktyabr 2016 dək |
A/B |
Somon Air |
Düşənbe, Hudcand |
A/B |
Swiss International Air Lines |
Jenerva, Çyurix |
A/B |
Tajik Air |
Düşənbə, Kurqan-Tyube, Taraz ,Hudcand |
A/B |
TAP Portugal |
Lissabon |
A/B |
Thai Airways |
Bankok (Suvarnabxumi) 1 noyabr 2016 cı ildən |
A/B |
Turkmenistan Airlines |
Aşxabad |
A/B |
Uzbekistan Airways |
Andican, Buxara, Karşi, Navoi, Namanqan, Nukus, Səmərqənd, Daşkənt, Termez, Urqenç Fərqanə |
A/B |
Vietnam Airlines |
Xanoy ,Xoşimin |
A/B |
Vueling |
Alikante, Barselona, Malaq a |
A/B |
Alrosa |
Baykanur , Yekatrinburq (Kolçovo)Krasnodar ,Qızılorda, Mirnıy, Polyarnıy |
C/D |
Belavia |
Minsk |
C/D |
VİM-Avia |
Andican, Gəncə, İrəvan, Karşi ,Kurqan-Tyube, Namanqan, Ovda, Oş, Səmərqənd ,Tenerife(Cənubi) Termez, Fərqanə |
A/B |
VİM-Avia |
Komsomolsk –na-Amure, Krasnodar, Maqadan, Maxaçkala, Pevek, Simferepol ,Soçi |
C/D |
Voloqodsk |
Voloqda |
C/D |
İjavia |
İjevsk |
C/D |
İrAero |
İrkutsk, Omsk ,Saransk |
C/D |
Komiaviatrans |
Saratov, Sıktıkvar |
C/D |
Nordavia |
Yay:Usinsk |
A/B |
Nordavia |
Arxangelsk, Qroznıy, Maxaçkala, Murmansk, Orenburq, Orsk, Simferepol, Soçi, Sıktıkvar |
C/D |
Pskovavia |
Kursk, Pskov |
C/D |
Ruslayn |
Aktobe |
A/B |
Ruslayn |
Belqorod, Voronej, Vorkuta, İvanovo, İjevsk, Yoşkar –Ola, Kirov, Lipeçk, Penza, Petrazavodsk, Ulyanovsk, Çebeksarı, Eista |
C/D |
Saratovskiy avialiniya |
Kirov 30 oktyabr 2016-dən Murmansk 30 oktyabr 2016 dən Orsk Saratov |
C/D |
Severstal |
Apatitı ,Çerepoveç |
C/D |
Uralskiyi avialiniyi |
Bişkek, Qəbələ, Gəncə, Gümri, İrəvan, Kişinyov, Kulyab, Kutaisi, Lənkəran, Münhen, Namanqan, Nukus, Oş, Xarbin Yay:Barselona,Podqoriça, Pula, Reus, Rimini, Tivat Yay çarterləri:Kataniya, Neapol, Palma-de-Malyorka, Rodos |
A/B |
Uralskiyi avialiniyi |
Həştərxan, Yekatrinburq, İrkutsk, Kazan, Kalininqrad ,Krasnodar, Krasnoyarsk, Mineralnıe Vodı, Nijnivartosk, Nijnıy Novqorod, Novosibirsk, Rostov-na-Donu, Sankt-Peterburq ,Simferepol ,Soçi Stavropol ,Ulan-Ude ,Ufa, Çelyabinsk ,Çita Yay: Anapa, Qelencik |
C/D |
YUVT Aero |
Buqulma, Qelencik |
C/D |
Yamal |
Yay:Tivat Yay çarterləri Burqas ,Varna, İraklion, Larnaka ,Pula ,Rodos |
A/B |
Yamal |
Arxanqelsk, Krasnoyarsk, Nadım, Novıy-Urenqoy, Noyabrsk, Sabetta ,Salehard ,Tyumen ,Ufa Yay:Anapa, Simferepol |
C/D |

«Domodedovo»ya necə getmək olar?
«Domodedovo» Moskvadan 45 kilometr məsafədə olsa da, ora bir neçə üsulla gedib gəlmək olar.
Belə ki, hava limanına «Aeroekspres» qatarından istifadə etməklə də gedə bilərsiz. Moskva-Paveleçkaya-«Domodedovo»ya bileti 420 rubla başa gəlir. Qatar səhər saat 6-dan gecə 00:30 kimi fasiləsiz çalışır. Qatarlar arasında fasilə 30-40 dəqiqə, yola sərf olunan vaxt isə 43-48 dəqiqədir.
Elektrik qatarı ilə isə 123 rubl ödəməklə Moskva-Paveleçkaya «Domodedovo» havalimanına gedə bilərsiz.
«Domodedovo»ya avtobus və marşrut taksilər də işləyir. 100 rubl ödəməklə isə 308 nömrəli avobusla «Domodedovo» havalimanından-Domodedov metrosuna gedə bilərsiz. Yola sərf olunan vaxt 25-30 dəqiqə, avtobuslar arasında interval isə 10-30 dəqiqədir.
308 nömrəli marşrut taksilərinə isə 120 rubl ödəməklə və yola 15-20 dəqiqə vaxt sərf etməklə Domodedovo hava limanından Domodedovo metrosuna gedə bilərsiz. Həmçinin bu yolu 30 nömrəli avtobus və marşrut taksi ilə də qət edə bilərsiz.
26 nömrəli avtobusla isə Domodedovo hava limanından Krasnıy Put adlı əraziyə gedə bilərsiz.
Amma aeroporta aparan yollarda günün müxtəlif saatlarında tıxaclar olur.
«Domodedovo» hava limanında avtomobilinizi saxlamaq üçün avtodayanacaqlar da var. Burada avtodayanacaqlar iki formadadır. Bahalı dayanacaqlar -bu tip dayanacaqlar havalimanın yaxınlığında yerləşir və gündəlik avtomobil saxlamaq haqqı 300-650 rubl arasında dəyişir.
Ucuz dayanacaqlar-bu tip dayanacaqlar havalimanlarından bir qədər aralıda yerləşirlər. Qiyməti isə günə150-300 rubldur. Qeyd edək ki, hava limanından aralıda yerləşən bu avtodayanacaqlarda baqajların pulsuz paketlənməsi xidməti də var. Həmçinin bu avtodayanacaqlardan hava limanına pulsuz nəqliyyatda işləyir.
