Kutaisi hava limanı
29 NOYABR 2016
1018

Kutaisi hava limanı

Kutaisi hava limanı Gürcüstanın Kutaisi şəhərində, İmeretiya rayonunda yerləşir. Hava limanı azərbaycanlıların da ən çox üz tutduğu hava limanlarından biridir. Buna səbəb Kutaisi hava limanından müxtəlif istiqamətlərə ucuz biletlərin satılmasıdır. Fins.az Kutaisi hava limanı haqqında məlumatı təqdim edir.

Tarix

Kutaisi hava limanı qədim Gürcü çarı Davidin şərəfinə adlandırılıb. Hava limanı rəsmi olaraq 2012-ci il 27 sentyabrda bərpa olunaraq istifadəyə verilib.  Elə həmin ilin  avqustunda  ilk təyyarə hava limanından uçuş edib. İlk uçuşu 28 avqustda Boeing 747 həyata keçirib.  2012- ci ildən  “Wizz Air” aviaşirkətinin “Low Cost”  xidməti sərnişinlərə təqdim olunur. Ölçüsünə və sərnişin qəbul etməsinə görə hava limanı Tiflis hava limanından sonra ikinci ən böyük hava limanıdır. Saatda  250 nəfər hava limanından istifadə edir.

Hava limanı 200 kilometr Tiflisdən, 120 kilometr isə Batumi şəhərindən aralıda yerləşir.Beynəlxalq hava limanı şəhərin mərkəzindən 14 kilometr aralıdadır. Hava limanına Tiflis şəhərindən 20 GEL ödəməklə taksi ilə rahat çata  bilərsiz. Kutaisi hava limanına digər şəhərlər Tiflis, Zuqdidi və Batumidən avtobuslar da işləyir. Bu zaman siz avtobusa cəmi 5 GEL ödəməklə  hava limanına çata bilərsiz. Avtobus biletlərini isə kassadan və  sürücüdən almaq olar.

Qeyd edək ki, Bakıdan Kutaisiyə bir başa avtobus, qatar və aviareys yoxdur. Yalnız avtobus və qatarla Tiflisə gedərək oradan da Kutaisiyə gedə bilərsiz. Qatar hər gün Bakıdan 20:30 da yola düşür. Plaskart  31 manat, plas kupe 41 manat, SV- yə  isə 81 manat ödəməklə Tiflisə gedə bilərsiz. Avtobusla isə hər gün 21 – də və 23 – də 12 manat ödəməklə yola düşmək olar.

Xidmətlər

Hava limanı beynəlxalq hava limanı adını alıb və “A” kateqoriyalı hava limanları sırasına daxil olub. Hava limanında çoxlu restoranlar, kafelər  və duty-free mövcutdur. Hava limanında avtodayanacaq həmçinin avtomobil kirayələmək üçün xidmətlər də var. Avtomobillərin kirayə qiyməti maşının markasından asılı olaraq dəyişir. Ən ucuz Chevrolet Aveo kimi ekonom avtomobil kirayəliyə bilərəszi ki, bu cür maşının gündəlik ödənişi 46 dollardan başlayır (108 lari)(74.29 manat). Əgər Kutaisi hava limanında avto dayanacaqdan istifadə etsəz onda hər saat parklamaya görə 1 lari (0.68 manat) ödəməli olacaqsız.

Hava limanının birinci mərtəbəsində hava limanı kompleksi yerləşir. Gözləmə zallarında oturacaqlar yoxdur. Hava limanında pulsuz wifi xidmət göstərir.

Həmçinin birinci  mərtəbədə  ana və uşaq otaqları var. Burada valideynlər öz uşaqlarını yedizdirə və geyimlərini dəyişə bilərlər. Bundan əlavə uşaqlar üçün həkim də fəaliyyət göstərir. Uşaqların oynamağı üçün xüsusi yerlər də var. Valideynlərin uşaqları üçün yemək hazırlaya bilməsi üçün mətbəx də var. Qeyd edək ki, bütün bu xidmətlər həkim xidməti də daxil pulsuzdur. Bundan başqa hava limanında təcili tibbi yardımda fəaliyyət göstərir.

Faydalı məsləhət

Əgər siz hava limanına uçuş vaxtından tez gəlmisizsə, onda dispeçer qülləsinə baş çəkmək məsləhətdi. Qüllə hava limanın simvoludur. Qüllə bütün dünyada 5 ən hündür dispeçer qülləsi hesab olunur. Qüllə qarşısında fotosessiya etməklə, həmçinin yaşıllıq ərazidə gəzməklə gözləmə vaxtınızı xoş keçirə bilərsiz.

Qeyd edək ki, hava limanında “VİP” xidmətlər yoxdur. Çünki hava limanında “Low Cost yəni” ucuz büdcəli uçuşlar həyata keçirilir.

Hava limanından aşağıdakı istiqamətlərdə uçuşlar təşkil olunur.

Aviaşirkət

Məntəqə

Ukraine International Airlines

Kiyev (Borispol)

Wizz Air

Katoviçe-Pıjoviça

Varşava Vilnyus

Budapeşt

Larnaka Kipr

Belavia

Minsk

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır