Dünyanın ən yaxşı restoranı məlum olub
14 İYUN 2016
1180

Dünyanın ən yaxşı restoranı məlum olub

Nyu Yorkun nüfuzlu “The Restaurant Magazine” jurnalı bu ilin ən yaxşı restoranının adını açıqlayıb. 2016-cı ilin qalibi İtaliyanın Modena şəhərində yerləşən “Osteria Francescana” şəhəri seçilib. Restoran bundan öncə iki il ard-arda bu siyahıda ikinci yer tuturdu.

İspaniyanın Jerona şəhərində yerləşən və ötən il dünyanın ən yaxşı restoranı seçilən “El Celler de Can Roca” restoranı isə bu il 2-ci yerdə qərarlaşıb.

Qeyd edək ki, “The World`s 50 Best Restaurants” reytinqi müxtəlif ölkələrdən olan şef-aşpazların, qurmanların və restoran tənqidçilərinin (ümumilikdə minə yaxın münsif iştirak edir) fikirləri əsasında tərtib olunur. Bu reytinqdə qalibiyyət Mişlen ulduzu mükafatından heç də daha az nüfuzlu deyil.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır