İstanbulda 5 ən ucuz restoran – QİYMƏTLƏR
16 SENTYABR 2016
9908

İstanbulda 5 ən ucuz restoran – QİYMƏTLƏR

Azərbaycanlı turistlərin ən çox səfər etdikləri yerlərdən biri də İstanbul şəhəridir. İstanbul nəinki gəzməli yerləri ilə həmçinin ucuz restoranları ilə də məşhurdur. Fins.az Türkiyəyə səfər edənlər üçün İstanbulda yerləşən 5 ən ucuz restoranların siyahısını təqdim edir.

1. Massa bistro Cafe and Restaurant - 5-11 manat 

Siz bu məkanda cəmi 9000-20.000 lirə və ya 5-11 manat ödəməklə restoranın təklif etdiyi vegeteryan və milli türk yeməklərindən yeyə bilərsiz.Restoranın üstünlüyü isə açıq havada olması ,ödənişsiz parklamanın olması, wifi,uşaq arabasının pulsuz  təklif olunmasıdır.Master kard və Viza kartlarlada ödəniş etmək mümkündür.Restoran həftə içi hər gün saat  10:00 dan etibarən 23:00 dək çalışır.Əvvəlcədən masa sifariş etmək mümkündür. Ünvan Hacı Tahsin Bəy küçəsi ilə Biçikyurdu küçələrinin kəsişməsi 

2. No:19 Dining - 8-10 manat 

Bu restoranda türk yeməkləri ilə yanaşı Avropa və vegeteryan yemeklərindən də sifariş verə bilrəsiz. Qiymətlər isə 14 500-18 000 lirə və ya 8-10 manatdan başlayır.İş vaxtları 11:00 dan 23:00 dək. Bazar günləri isə 19:00 dan-23:00 dək işləyir. Ünvan Kuloğlu məhəlləsi, Faik Paşa caddəsi

3. Şehrazat Turkish Restaurant - 3-28 manat

Restoranda türk yeməkləri ilə yanaşı dəniz məhsullarından olan yeməklər, milli türk yeməkləri,barbükü və Anadolu yeməkləri təklif olunur. Yeməklərə olan qiymətlər isə 5,4-51 lirə və ya  3-28 manatdan başlayır. Masa sifariş etmək mümkündür. Ünvan Sultanahmet məhəlləsi, Tavukhan caddəsi

4. Mitara Cafe and Art 8-13 manat

Burada isə Akdeniz Vegeteryan, Orta Asiya və Avropa yeməklərindən doyunca yeyə bilərsiz. Qiymətlər isə 14,5-23,6 lirə və ya 8-13 manat dan başlayır.Masa sifariş etmək mümkündür.Ünvan Küçük Ayasofiya Məhəlləsi, Kaleci küçəsi.

5. Karadeniz Kardeşler Pide and Kebap Salonu - 10-20 manat

Təklif olunan müxtəlif pitsa və kabab növlərindən cəmi 18-36,4 lirə və ya 10-20 manatdan başlayan qiymətlərlə sifariş vermək mümkündür. Ünvan Divanyolu Caddesi, Biçikyird küçəsi
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır