Bakıda şokolad dönəri satılır – YENİLİK
02 NOYABR

Bakıda şokolad dönəri satılır – YENİLİK

Bakıda yeni növ şokolad məhsulunun satışı başlanıb. Fins.az-ın məlumatına görə, İtaliyadan olan bir qrup şəxsin paytaxt sakinlərinə təqdim etdiyi bu məhsul hazırlanma və satış qaydasına görə, eləcə də formasına görə, türk dönərini xatırladır. Ona görə də, qısa müddətdə şokolad dönəri adı ilə məşhurlaşıb.  Yeni məhsul "Choco Kebab" adlanır.  Şokolad dönəri adi dönərdən formaca fərqlənmir və şaquli şəkildə saxlanılır. Amma adi dönərdən fərqli olaraq "Choco Kebab"ı isti yox hər tərəfdən xüsusi soyuducu əhatə edir. Şokolad iki rəngdən ibarətdir. "Choco Kebab"adi dönər kimi doğranır və xüsusi qaymaqlı italian vaflisinə bükülərək müştəriyə təqdim olunur. "Choco Kebab"ın qiyməti 3.50 manatdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır