Bakıda "McDonald's" və "KFC"-yə rəqib gəldi
08 NOYABR

Bakıda "McDonald's" və "KFC"-yə rəqib gəldi

Fast-food müasir dünyanın ayrılmaz hissəsi olmuşdur. Gənclik Mall AVM-nin 3-cü mərtəbəsində açılan Amerikanın premium fast-food brendi olan Mooyah burger sevənlərin ən sevimli yerlərindən birinə çevrilib.

Mooyah bütün dünyada məşhur olan tez xidmət göstərən amerikan restoranlarından biridir. Mooyah restoranlar şəbəkəsi əsasən ABŞ-ın bir çox ştatlarında, Kanada, Meksika, Bəhreyn, BƏƏ və digər Körfəz sahili ölkələrində, hal-hazırda isə bizim ölkədə fəaliyyət göstərir.

Restoranın meneceri Fərid Kərimzadənin sözlərinə görə "Menyuda əsas yeri burger, kartof fri, salat və dondurma şeyki tutur. Yaxşı nəticə və müştəri məmnuniyyəti qazanmaq üçün biz öz çörəyimizi özümüz bişiririk, hansı ki, dadına görə digər çörəklərdən fərqlənir. Bizim burgerlərin dadlı olmağının səbəbi istifadə etdiyimiz yüksək keyfiyyətli ətdən irəli gəlir. Həmçinin bütün qidalarımız halaldır. Kartof fri, dondurma, müxtəlif souslar, pendirlər ABŞ-dan ixrac olunur və hər birinin müvafiq sertifikatı var. Bizim burgerləri dadan onun necə dadlı olduğunu anlayar".

Mənbə: Milli.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır