Bakıda bir əsr yaşı olan bazar yeni nəfəs aldı – QİYMƏTLƏR
10 DEKABR 2016
15688

Bakıda bir əsr yaşı olan bazar yeni nəfəs aldı – QİYMƏTLƏR

Bakının tam mərkəzində yerləşən "Passaj" adlı ən tanınmış bazarlardan biri bu yaxınlarda yeni formatda qapılarını açdı.

Fins.az-ın verdiyi məlumata görə, yeni adı "Passage 1901" olan bazar obyektlərin toplusu kimi bərpa olunub: burada restoran, çayxana, banket zalı, mağazalar üçün yerlər var.

"Passaj" bazarınını çar Aleksandr III şərəfinə "Aleksandro-Nevskiy bazar" adlandırmışlar. Bazarın yanında çarın şəxsən 1888-ci ildə təməlini qoyan Aleksandr Nevski Kafedralı var idi. Məhz ona görə bu yerlərə Aleksandro-Nevskiy sıraları deyərdilər.

El arasında Qızıllı kilsə kimi də tanınan provoslav kilsəsi 1936-cı ildə bolşeviklər tərəfindən məhv edildi.

"Pasaj" bazarı öz təmizliyi ilə, ağ xalatlı satıcıları ilə, müştəlirə münasib qiymətləri ilə, dərmansız becərilən kənd təsərrüfatı məhsulları ilə tanınırdı. Lakin post-SSRİ dövründə baxımsızlıqdan dağınıq vəziyyətə düşdü.

2013-cü ildən bazar əsaslı təmirə bağlandı. Milli formada təmir edildi, ornamentlər qoruyub-saxlanıldı. Milli ornamentlərlə bura XIX əsrin ab-havası gətirir.

Sizə həmçinin buradakı restoranın menyusu ilə tanış olmağa dəvət edirik.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır