Fisincan ziyafəti veriləcək – BEYNƏLXALQ KULİNARİYA GÜNÜ
18 OKTYABR
963

Fisincan ziyafəti veriləcək – BEYNƏLXALQ KULİNARİYA GÜNÜ

Beynəlxalq Kulinariya Günü ilə əlaqədər olaraq 20.10.2017-ci il tarixində Sərin restoranında tədbir keçiriləcək. Turizm.fins.az-a verilən məlumata görə tədbirdə iştirak dəvətnamə ilə olacaq. Media nümayəndələri üçün giriş sərbəstdir.

Tədbir cərcivəsində ilk dəfə olaraq Azərbaycanın qədim xörəklərindən biri olan fisincanın bir çox növləri hazırlanaraq qonaqlara təqdim ediləcək.

Məqsəd sağlam və qədim xörək olan fisincanın restoran biznesinə qaytarılması və mətbəximizdə qoruyub saxlanılmasıdır. Həmçinin bu fisincanla bağlı 2010 - cu ildən bəri aparılmış elmi - praktik işlərin nəticəsidir.

Bununla yanaşı tədbirdə Türkiyə və Özbəkistan milli mətbəxinə məxsus xörəklər nümayiş olunacaq.

Tədbirdə Milli Məclis üzvləri, ictimai, siyasi xadimlər, nazirliklərin və dövlət qurumlarının nümayəndələri, diplomatik nümayəndəliklər, tanınmış mədəniyyət xadimləri iştirak edəcək. Tədbirdə çıxışlar, mükafatlandırma, konsert proqramı təşkil olunacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır