Bu kafedə alkaqollu kofe və çaylar verilir – QİYMƏTLƏR
22 NOYABR
677

Bu kafedə alkaqollu kofe və çaylar verilir – QİYMƏTLƏR

Şəhərə bir iş arxasınca çıxdığım günlərdən biri idi. Jurnalist olduğumdan müsahibəyə tələsirdim. Lakin bu zaman tələsməyimə baxmayaraq paytaxtın mərkəzi küçəsində olan bir obyekt yamanca diqqətimi çəkdi. Özümə söz verdimki geri qayıdanda Cofee İn adlı kafeyə  mütləq başçəkəcəm. Sözün düzü bu kafe diqqətimi çox çəkdiyindən getdiyim yerdə də ancaq bu kafe haqqında düşünürdüm. Uzun sözün qısası işimi tələm tələsik yola verib həmin kafeyə gəldim. İçəri daxil olub, kafe haqqında məlumat almaq istədiyimi bildirdim. Kafenin brend meneceri Nizami Mirzəyev Cofee İn-nin yerli kofi şop konsepsiyasının olduğunu bildirdi. Kafe rəsmisi burada müştərilər üçün xoş atmesfer yaratmaqla yanaşı müştərilərə biznes lunc-da təklif olunduğunu bildirdi. Nizami Mirzəyev ilə söhbətim zamanı anladım ki bu məkan barədə yaxşı bir müsahibə hazırlamalıyam. Elə belə də oldu.Turizm.fins.az Cofee İn-nin brend meneceri ilə müsahibəni təqdim edir.

Cofee İn dedikdə ilk ağla gələn nədir?

Cofee İn-də yalnız  bir növ kofe də deyil, müxtəlif çeşidli kofilər,  soyuq südlü kofilər, alkaqollu kofilər var. Fərdi olaraq Cofee İn üçün özəl yazılmış kofe menyumuz var.

Xüsusi kofeniz var? Bu kofelər necə hazırlanır ?

Əslində bəzi məslələri açıqlaya bilmərik. Bu marketing sirridir.  Bu kofelər yalnız bizim üçün gətirilir. Bu kofe çeşidi yalnız Cofee İn-dədir. Bizim sırf Cofee İn brendi olaraq məhsulumuzdur.

Cofee İn olaraq üstünlüyü raf kofelərinə veririk. Bu kofe Moskvada yaradılıb və sovet dönəmində olduqca məşhur olub. İndi də raf kofelər olduqca məşhurdur. Ölkəmizdə raf kofelərin ən çox çeşidi Cofee İn-də təklif olunur.  Həmçinin kafemizdə alkaqollu kofelərdə də təklif olunur. Bizim verdiyimiz alkaqollu kofelərdən başqa heç bir yerdə təqdim olunmur. Bundan başqa Cofee İn-də espresso martini təklif olunur. Bu kofeni yalnız bizdə içmək mümkündür.

Kofeni hansı üsullarla hazırlayırsız?

Kofedə ümumiyyətlə əsas onun saxlanma şəraitidir. Biz də buna çox ciddi yanaşırıq. Bundan başqa özəl olaraq bizim üçün Cofee İn olaraq kofe növü təklif olunur. Bu kofeləri yalnız Cofee İn-də içə bilərsiz. Kofenin saxlanması onun üyüdülməsi hava şəratindən asılıdır. Kofe öz dadını və keyfiyyətini havaya görə çox tez dəyişir . Bizdə bütün bu qaydalara əməl etmək üçün xüsusi baristalar cəlb olunub. Hətta Rusiyadan  gələn peşəkarlar bizim baristalara da treyninq keçiblər. Biz treyninqi yalnız baristalara yox həmçinin ofisiantlara da keçmişik. Hazırda kafemizdə müştərilərə 25 çeşiddə kofe təklif olunur.

Alkaqollu kofe necə hazırlanır?

Alkaqollu kofenin tarixcəsi çox qədimdir. Bu tip kofilər hələ qədim zamanlardan daha çox şimali Avropada istifadə olunub. Kofeni hər növ alkaqollu içkilərlə qarışdırmaq olmaz. Alkaqollu kofe əldə etmək üçün kofe yalnız  bəzi növ likorlarla, kanyak, viski və araqla qarışdırılır. Spirtli kofelərin yanında badam və kukirslər verilir. Alkaqollu kofilərin hazırlanmasını müştərilərimizə özəl olaraq nümayiş etdirə bilərik. Kofelərimizin qiyməti 3-14 manat arasında dəyişir.

 

Alkaqollu çay

Bizim xalq çayxordur. Çaylara qatqılar bəlkə də deyə bilərik bir yenilikdir. Bizim xalq yeniliyi çox gözəl qəbul edən xalqdır. Alkaqollu çay əsasən şimal xalqları üstünlük verirlər çünki bu cür çaylar soyuq havada insana istilik verir. Bizim alkaqollu çaylarımız isə müxtəlif bitkilərin nastoykalarından hazırlanır. Çay dedikdə insanlar adi seylon çayı nəzərdə tuturlar. Amma bizim çaylarımız tam fərqlidir və müxtəlif bitkilərdən alınır. Misal üçün yaşıl çaydan çox gözəl kokteylər alınır. Yaşıl çayın gözəl buzlu kokteylləri olur. Qara çaydan isə südlü müxtəlif qatqılı kokteylər hazırlayırıq.

Hindistanda Pakistanda çayları əsasən südlə içirlər. Ərəbistanda misal üçün çayı bal və nanə ilə içirlər. Bizim kafedə unluq adlı çay da verilir. Bu çay Çin, Tibet, Birmada geniş yayılmış çay çeşididir. Bu çayın tərkibində süd olur. Bu çaylardan bizdə də təklif olunur. Bizdə çaylara əlavə etdiyimiz nastoykalar Finlandiya və digər Avropa ölkələrindən toplanmış bitkilərdir.

Azərbaycanda bitən çay bitkilərindən alkaqollu çay hazırlamaq olur?

Təbii ki, olur. Hazırda bir yenilik üzərində çalışırıq və tezliklə müştərilərimizə təklif edəcəyik. Biz Azərbaycanın yerli çaylarını tam fərqli formada müştərilərimizə təklif edəcəyik.

Alkaqollu çayların yanında nə verilir?

Alkaqollu çayların yanında müxtəlif cür meyvələr təklif olunur. Alkaqol, bu cür çaylarda çox hiss olunmur. Yəni bu çayları içib keflənmək olmur. Bu cür çaylarla bal da verilir. Bu standartdı. Kafemizdə yerli çay çeşidlərindən əlavə 16-cür tam fərqli çaylar təklif olunur. Çayların qiyməti 6-7 manat arasında dəyişir.

Yeməklər

Mətbəx deyəndə hər hansı bir ölkənin mətbəxi və ya hər hansı bölgənin mətbəxini təklif etmirik. Bura gələn hər kəsin zövqünə uyğun mətbəx təklif edirik. Hətta biz fitneslə məşğul olanları da nəzərə almışıq bu diet və ya idmanla məşğul olan insanlar üçündür. Bundan başqa steyklər və digər növ yeməklər təklif edirik.

Cofee İn-də holiday adlı yemək verilir. Bu yeməkdə siz həm toyuq həm quzu əti həm də müxtəlif salatları bir yerdə dada bilərsiz. İndi bütün dünyada belə bir format var ki, daha çox sadə amma qeyri-standart yeməklər təqdim olunur. Biz də çalışırıq ki, yeməkləri bu üsulda təqdim edək.

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır