“Maraş Dondurma”sını “Mado” ilə nə bağlayır?
19 YANVAR
559

“Maraş Dondurma”sını “Mado” ilə nə bağlayır?

Paytaxt sakinlarinin əksəriyyəti Bakıda fəaliyyət göstərən Mado restoranlar şəbəkəsini tanıyır desək yanılmarıq. Bəs görəsən Madonu tanıyanlar bu adın haradan, nə vaxt gəldiyini və nə anlam verdiyini bilirmi? Bu məqsədlə Turizm.Fins.az saytı bu adın Maraş Dondurmadı sözlərinin birləşməsindən götürüldüyünü qeyd edir. Artıq 150 ildir ki, fəaliyyət göstərən bu şəbəkə ilk vaxtlarda Kahraman Maraş Dondurmasının istehsalı ilə məşğul olub. İllər keçdikcə fəaliyyətini genişləndirərək restoranlar şəbəkəsi yaradan Madonun 1960-cı ildən bu günə kimi ümumi rəhbəri Mehmet Kamburdur. Artıq dünyanın bir sıra şəhərlərində ümumilikdə 720-dən çox Mado fəaliyyət göstərir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır