Paytaxt restoranlarında Sevgililər gününə özəl təkliflər - QİYMƏTLƏR
08 FEVRAL
861

Paytaxt restoranlarında Sevgililər gününə özəl təkliflər - QİYMƏTLƏR

Artıq Sevgililər gününə sayılı günlər qaldı. Bu isə o deməkdir ki, bir qrup insanlar bu bayramı fərqli mühitdə qeyd etmək istəyəcəklər. Bir qrup insanlar xarici ölkələrə artıq turlar alıblar. Bir qrup insanlar isə bu bayramı elə paytaxda yerləşən restoranlarda qeyd etmək qərarına gəliblər. Turizm.fins.az  hazırda paytaxt ərazisində yerləşən bir çox restoranların Sevgililər gününü unudulmaz keçirmək üçün müştərilərinə xüsusi şam yeməyi, əyləncə və surprizləri təqdim edir.

Chirag Plaza

Sizi 14 Fevral Sevgililər Gününü romantik məkanda keçirməyə dəvət edir. Burada Xoş abu-havada eksklüziv Avropa və Aralıq Dənizi mətbəxini dada bilərsiniz. Cəmi 99 AZN (2 nəfər üçün) ödəməklə unudulmaz vaxt keçirə bilərsiniz. Bundan əlavə Chirag Plaza bütün sevgililərə Müqəddəs Valentin günü üçün xüsusi bir paket təklif edir (Restoranda şam yeməyi + səhər yeməyi daxil olmaqla iki nəfərlik Deluks Otaq ) - Cəmi 198 AZN. Ətraflı məlumat əldə etmək üçün 012 499 72 00; 050 2899222; 051 5352086 telefon nömrələri ilə əlaqə saxlaya bilərsiz.

La Vida

Bu axşam sizlər üçün istedadlı Narmin Karimbayova & Shans band çıxışı hazırlanıb. Dərhal sonra isə rəqs meydançasını musiqiçilər tərpədəcək – DJ Ayzk & DMC Remo. Sizi həmçinin La Vida-dan müsabiqələr, hədiyyələr və sürprizlər gözləyir. 2 nəfərlik menyu 100AZN. Ətraflı məlumat əldə etmək üçün 012 404 82 16; 050 218 46 28  telefon nömrələri ilə əlaqə saxlaya bilərsiz.

Enerji Club

Enerji Club sizlər üçün tanınmış Excellent Music Band, FEDUK (live), Dj Ruido Loco çıxışını təşkil edib. Ətraflı məlumat əldə etmək üçün 050 700 70 57telefon nömrəsi ilə əlaqə saxlaya bilərsiz.

Eleven

Sizi ən gözəl şou proqram Eleven`də gözləyir. Həmişəki kimi sizin üçün klub musiqi və dadlı avropa mətbəxi. Gecənin xedlaynerləri: Dj Ed & Dj Bikoo. Ətraflı məlumat əldə etmək üçün 051 510 00 11 telefon nömrəsi ilə əlaqə saxlaya bilərsiz.

Buddha Bar

14 fevral Buddha Barda sizlər üçün Cəmilə Həşimova və Fusion Band ifası ilə təqdim olunan bayram menyusu hazırlanıb. Bu axşam DJ Ronfoller & ESTGAMİN setləri ilə rəqs olunacaq. Mütləq öncədən masa sifariş edin, yerlər məhduddur.  Ətraflı məlumat əldə etmək üçün 050 404 82 09; 012 404 82 09 telefon nömrəsi ilə əlaqə saxlaya bilərsiz.

Paris Bistro

14 fevral Sevgililər Gününü fransızsayağı qeyd etmək üçün Paris Bistro-ya gedə bilərsiz. Burada sizlər üçün dadlı və romantik axşam hazırlanacaq. Sizin üçün bu axşam istedadlı və cazibəli Albina çıxış edəcək. Super-aşpaz Bera Thibault isə sizlər üçün Special Gastronomy Set hazırlayıb. Bir nəfər üçün setin qiyməti – 49 azn. Ətraflı məlumat əldə etmək üçün (012) 404 82 15 telefon nömrəsi ilə əlaqə saxlaya bilərsiz.

Pasifico Lounge

14 Fevral Sevgililər gününə həsr olunmuş əyləncə gecəsi keçiriləcək. Sizin uçün gecə boyu çıxış edəcəklər: 20:00 - 22:00 - Orient Xpress (live music), 22:00 - 02:00 - DJ Kvant. Giriş pulsuzdur. Depozit 1 nəfərə 50 Azn. Ətraflı məlumat əldə etmək üçün 050 285 00 21 telefon nömrəsi ilə əlaqə saxlaya bilərsiz. Giriş pulsuzdur.

 

EL PORTALON

Burada Lovely Valentine's Day baş tutacaq. Baş aşpaz Enrique Franco cütləklər üçün xüsusi ispan set-menyusu hazırlayıb. Bir nəfərlik ispan setin dəyəri – 150 azn. Qonaqlarımızı Nigar Huseynly Live Band-in və Yanssel Castellon-un xüsusilə romantik çıxışı gözləyir. Ətraflı məlumat əldə etmək üçün
012 404 82 17; 050 254 54 42 telefon nömrələri ilə əlaqə saxlaya bilərsiz.

Circle Restaurant & Music hall

14 fevral saat 20:00-da, yalnız Circle Restaurant & Music hall-da, ən yaxşı şou proqram, rəqslər, viktorinalar və hədiyyələr gözləyir. Ümümdünya sevgililər gününə həsr olunmuş gecə şənliyinin əsas qonaqları - İlqar Xəyal və Emil Əliyev olacaqlar. Ətraflı məlumat əldə etmək üçün 055 220 20 89 telefon nömrəsi ilə əlaqə saxlaya bilərsiz.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır