Bu restoran sadəcə 2 nəfərlikdir - "Solo per Due"
21 FEVRAL
510

Bu restoran sadəcə 2 nəfərlikdir - "Solo per Due"

Dünyanın ən kiçik və ən romantik restoranı İtalyanın Rieti şəhərinin Vacone qəsəbəsində yerləşir. Hər gecə yalnız iki müştərisi olan "Solo per Due" (Yalnız iki nəfər üçün) adlı restorana ən azından bir il əvvəlcədən rezervasiya etmək lazımdır. 19-cu əsrdən qalan evi, lüks hala gətirən sahibi Remo di Claudio restoranın yeməklərini və xidmətini də özü edir.

Lazio bölgəsinin yeməkləri təqdim edilən dünyanın ən kiçik restoranında ən bahalı İtalyan şərabları, salatlar, pendirler, ətli yeməklər, son olaraq iki nəfərə xüsusi ürək şəkilli tort ilə şampan təqdimatı olur və adam başı qiymət isə ən azı 250 Avro təşkil edir.

İstəyə bağlı olaraq müştərilər kiçik restorana limuzin hətta Ferrari ilə təyin olunan yerdən götürülür. Əlbəttə, yenə istəyə bağlı olaraq yemək boyunca canlı klassik və romantik musiqi dinlənilir. Restoranın daxili məkanı kimi boşqabların ətrafı da çiçəklərlə təchiz edilir.

Eləcə də bax: Gürcüstanda 2 gün 59 manat – TURİST

"Solo per Due" nin sahibi Remo di Claudio dünyanın hər yerindən sifariş istəyi gəldiyini bildirərək, şam işığında romantik bir gecə keçirmək istəyənlər xüsusilə yeni evlilər və ya evlilik günləri qeyd edənlər buranı seçdiklərini və xaricdən ən çox marağı Çinlilərdən, İspanlardan və ruslardan gördüyünü, bu gün üçün isə ancaq 2019-ci ilin fevral ayına gün vere bilərik. " açıqlamasını verib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır