Bakıya heyran olan yeni zellandiyalı ölkəsində kafe açıb
23 FEVRAL
655

Bakıya heyran olan yeni zellandiyalı ölkəsində kafe açıb

Yeni Zellandiyanın Taupo şəhərinin düz mərkəzində “Cafe Baku” adlı kafe açılıb.

Fins.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə məlumatı səyyah Baba Ağayev sosial şəbəkədəki hesabında paylaşıb.

B. Ağayev qeyd edib ki, kafenin sahibi Yeni Zelandiyalıdır, o, Formula-1 yarışlarının  həvəskarıdır:

“Həmin sahibkar 2016-cı ildə Bakıda ilk dəfə keçirilən Formula-1-ə gəlib. Həm yarışı, həm təşkilatçılığı, həm də Bakını o qədər bəyənib ki, 5-6 ay sonra açdığı kafenin adını məhz “Cafe Baku” qoyub”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır