Sizi ötən əsrin sonuna aparacaq restoran - MariVanna Baku
15 MART
912

Sizi ötən əsrin sonuna aparacaq restoran - MariVanna Baku

Burada hər kəs doğma hissləri keçirir, gözə xatirələr, duyğular yada düşür.

Ginza project-in ən uğurlu layihələrindən biri olan, Nyu-York, Vaşinqton, Los-Anceles, London, Moskva və Sankt-Peterburqda məşhur olan “Mari Vanna” restoranı Bakıdada fəaliyyət göstərir.

Bütün restoranların konsepsiyası eynidir, bu restoran daha çox mənzillərinə bənzəyən və qonaqlar üçün qapısı açıq olan rahat və qonaqpərvər, bir evə bənzəyir. Bu evdə hamını ən dadlı və ləziz ev yeməklərinə qonaq edirlər. Lakin hər bir şəhərdə Mari Vanna fərqlidir. Belə ki, Moskvada o daha çox sovet dövründə yaşayan ziyalıların mənzilini xatırladır, lakin Sankt-Peterburqda onun interyeri bir qədər sadədir.

Nyu-Yorkda “Mari Vanna”, Peterburqda inqlaba qədər olan şəraiti əks etdirmək istəyən qabaqcıl emiqrantların evinə bənzəyir.

Londonda interyer maksimal olaraq londonluların Rusiya haqqında təsəvvürlərinə yaxındır və bunun üçün onun restoranlar arasında ən yaxşı interyer üçün mükafat qazanması da təsadüfi deyil.

Bakıda isə qonaqları əsas restorandan başqa gözəl “bağ evi” gözləyir, axı təmiz havada çay içmək bizim adət-ənənəmizdir. Restoran dənizə yaxın olduğundan dəniz havasını alaraq çay içməyin xüsusi ləzzəti var.

Təbii ki, insanların yeməyə olan meylləri də nəzərə alınmışdır: xaricdə “Mari Vanna”da rus mətbəxindən başqa digər “qardaş sovet ölkə”lərinin mətbəxlərindən də yeməklər hazırlanır. Yeməklərin porsiyaları elə dəqiq bölünmüşdür ki, buradan yalnız yeyib-doymuş vəziyyətdə çıxmaq olar, sanki sevimli nənənizin qonağı idiniz.

Siz də “Mari Vanna Bakı”nın qonağı olun, restoranın ləziz yeməklərindən dadın, rahat və səliqəli ev şəraiti atmosferindən həzz alın.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır