Burada Azərbaycan yeməkləri tam fərqli cür görünür, lakin öz milli koloritini də itirmir - Chayki Restaurant
05 APREL
842

Burada Azərbaycan yeməkləri tam fərqli cür görünür, lakin öz milli koloritini də itirmir - Chayki Restaurant

Paytaxt Bakıda artıq bir neçə aydır ki, yeni rastoran fəaliyyətə başlayıb. Chayki Restaurant adlanan bu məkanda yalnız milli xörəklər təqdim edilir. Restorandan Turizm.fins.az –a verilən məlumata görə, milli yeməklər peşəkar aşbazlar tərəfindən hər birinə aid olan xüsusiyyətdə hazırlanır. Qeyd edək ki, restoranın qonaqlarından biri də Leyla Əliyeva olub.

Restoran quruluş olaraq hempton üslubunda dizayn olunub. İki mərtəbəli bu məkanda eyni anda 180 nəfər qonaq ola bilər və siz burada ailəvi bayramlar, romantik görüşlər, həmçinin iş görüşmələrini rahat keçirə bilərsiniz. Qonaqlar üçün möhtəşəm və göz oxşayan interyer, ən azı ləzzətli müəllif mətbəxi qədər əhəmiyyətlidir.

Chayki'nin mətbəxi isə ən həssas qonaqları belə təsirləndirəcəkdir. Azərbaycan mətbəxinin məşhur yeməkləri, təndirdə bişmiş quzu qabırğaları və közde bişmiş sac, burada müəllif menyusu öz mövqeyindədir. Bunlarin arasında — xırtıldayan badımcanlı salat Bakı pomidorları ile və ölkənin beş bölgəsindən olan səhər yeməyi, hər biri öz dadı ilə özünəməxsus birləşməsinə malikdir.

Chayki-nin interyerində böyük barın xüsusi yeri var. İsti vaxtlarda burada şəhərin ən yaxşı barmenlərinin hazırladığı müəllif kokteylləri ilə sərinləyə, soyuq aylarda bir qədəh yaxşı şərabla qızışa bilərsiniz. Bu arada somelye Anatoliy Xodakovskiy şərab məsələsinə xüsusi diqqət ayırıb: o dünyanın hər yerində və həmçinin Azərbaycanda olan ən maraqlı şərabları sizin üçün toplayıb. Yerli şərabların milli mətbəxlə olan vəhdətindən zövq alacaqsınız.

 

Menyu qiymətlərə bu linkdən baxa bilərsiz: Chayki Restaurant

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır