23 ildi bazarda olan marka
18 APREL
631

23 ildi bazarda olan marka

 23 ildən çoxdur ki, Azərbaycanın ictimai qida bazarında bu marka – şəhərin ən məşhur restoranı adına layiq görülmüş marka kimi mövcuddur. Əslində, söhbət restorandan deyil, qida mədəniyyəti adlanan bir üslubdan gedir. ANADOLU restoranlar şəbəkəsi – bakılılar və paytaxtın qonaqları toplaşdığı bir sıra yerdir ki, burada onlar nəfis, dadlı və sağlam qidanı dada, şərq və Avropa mətbəxinin ən yaxşı yeməkləri ilə tanış ola bilərlər. Qonaqlarına ləzzətli yeməklər təqdim edən yerdən başqa, ANADOLu həm də KLUB anlayışı ilə də assosiasiya olunur, burada işgüzar tərəfdaşlar və dostlar görüşür.

ANADOLU restoranlarında ölkənin həm işgüzar həyatının nümayəndələrinə, həm də məşhur artist, ictimai xadim, incəsənət nümayəndələrinə də rast gəlmək olar. Bunlar hamısı incəliklə hazırlanmış və həyata keçirilmiş “ANADOLU – AZƏRBAYCAN ÜÇÜN” adlı proqramın yerinə yetirilməsi sayəsində mümkündür, bu proqrama həm geniş xeyriyyə fəaliyyəti, həm də çoxsaylı mesenat aksiyalar daxildir, bunların hamısının nəticəsində müaosir Azərbaycan cəmiyyətinin əksər istedadlı nümayəndələri ANADOLU markasını çətin anda kömək göstərə bilən dostu hesab edir. 

Qüsursuz işləyən “catering” sistemi (yeməklərin ev və iş yerlərinə çatdırılması) ANADOLUya məşhur restoran olmaq imkanı verdi, vaxtınız yoxdursa bircə dəfə çağırmaqla restoranın işçiləri nəfis və keyfiyyətli yeməklərimizi olduğunuz yerə çatdıracaq. Azərbaycanda yeməklərin internet vasitəsilə sifariş verilərək çatdırılması sistemi ilk dəfə olaraq burada hazırlanmış və istifadəyə verilmişdir, bunun nəticəsində ümumdünya məlumat şəbəkəsinin istifadəçiləri də işlərindən ayrılmadan ANADOLUDAN keyfiyyətli və dadlı yemək ala bilərlər.

Bunların sayəsində ANADOLU öz sahəsində lider olub, olur və olacaq və, haqlı olaraq, öz adına insan üçün iki çox vacib amili – SAĞLAMLIQ və UĞURu aid edir!!! Sizə tez və keyfiyyətli xidmət göstərmək bizim borcumuzdur. Şəhərin harasında olsanız, qısa bir müddətdə sifarişiniz çatdırılacaq! Şəhərin xəritəsində yerləşdiyiniz yeri göstərin və sifarişin nə vaxt çatdırılacağını öyrənin. 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır