Dəniz kənarında yeni - Regnum Beach
08 MAY
1406

Dəniz kənarında yeni - Regnum Beach & Restaurant

Yay fəslinin simvolu olan dəniz ilə qovuşmağa artıq sayılı günlər qalıb. Buna görə də elə indidən "Regnum" otelində rezervasiya etməyiniz məsləhətdir. Sumqayit şəhərində yerləşən 3 mərtəbəli "Regnum" oteli 28 otaqdan ibarətdir. Nömrələrin 7-si tvin, 21-i isə dabldır. 14 otaq dəniz mənzərəlidir. Binanın 1-ci mərtəbəsində restoran, banket zalı və konfrans otağı var. Nömrələrin qiyməti mənzərəsinə və sahəsinə görə 40-60 manat arasında dəyişir. Bu qiymətə səhər yeməyi də daxildir.

Həmçinin Dəniz mənzərəli oteldə uşaqlar üçün oyun ərazisi var. Restoranda yeməklərin, barda isə içkilərin dadını çıxara bilərsiz. Otel daxilində özəl avtodayanacaq ödənişsizdir. Bu otelin büdün otaqlarında kondisioner,düz ekran TV,su qızdırıcısı və özəl banyo var. Otelin resepşnı 24 saat açıqdır. Bu oteldə velosipet və maşın kirayeleye bilərsız. Özəl çimərlik ərazisi mövcuddur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır