Şəhərin mərkəzində 12 ən rahat məkan - MENYU və QİYMƏTLƏR
07 İYUN
1090

Şəhərin mərkəzində 12 ən rahat məkan - MENYU və QİYMƏTLƏR

Günə dadlı və doyumlu başlamaq istəyənlər daim ideal məkan axtarışındadırlar. Turizm.fins.az isə səhər yeməyi hazırlamağa həvəsiniz olmadıqda, dostlarınız və yaxınlarınızla hara gedəcəyinizi təqdim edir;

Sehrli Təndir

  • Ünvan: Kiçik qala küç.19
  • Bir nəfər üçün orta hesab - 30 manat

Bakılılar klassik Azərbaycan səhər yeməyinə görə Sehrli Təndiri çox sevirlər. Hər səhər burada isti pomidor-yumurta, təzə təndir çörəyi bişirir, süfrəyə yağlı qaymaq, bal və kəklikotu çayı verirlər. Porsiyalar böyük və doyumludur, ancaq gözləməyə hazır olun: burada nadir hallarda boş masa tapılır.

Qonshu Kitchen

  • Ünvan: İzmir küç. 5
  • Bir nəfər üçün orta hesab: 20 manat

Qonshu Kitchendə ənənəvi səhər yeməklərini həftə sonları 09:00-dan 12:00-a qədər verirlər. Burada omlet, qayğanaq, pomidor-çığırtma, manna sıyığı, qırmızı kürü, xama ilə ev oladiləri və müxtəlif içlikli blinlər sifariş etmək olar. Bütün bunların yanına isə ətirli çay və ya təzə sıxılmış meyvə suyu təklif edirlər.

MariVanna

  • Ünvan: Zərifə Əliyeva küç.93
  • Bir nəfər üçün orta hesab - 20 manat

MariVannada hər şeyi sevgi ilə hazırlayırlar və dadlı ev yeməklərinə qonaq etməyi çox sevirlər. Sırniklər və blinlərdən əlavə burada yulaf, düyü, qarabaşaq sıyıqları, hisə verilmiş qızıl balıqla omlet və bir stəkan zəcəfilli-mandarinli çayla səhər yeməyi verirlər.

Kitchenette

  • Ünvan: Neftçilər pr. Park Bulvar TM
  • Bir nəfər üçün orta hesab - 25 manat

Kitchenettedə bazar səhəri yeməyi - həftə sonlarını gözləmək üçün bir səbəbdir. Burada sizi armudu stəkanda çay, omlet, qaynadılmış yumurta, zərif sucuk, yağda zeytun, üçbucaq duzlu pendirlər, çerri pomidoru və balzamik sirkəsi ilə əsl türk səhər yeməyi gözləyir. Əgər ürəyiniz şirin bir şey istəyirsə - xırçıldayan künefe sifariş edin.

PAUL Azerbaijan

  • Ünvan: Neftçilər pr.153
  • Bir nəfər üçün orta hesab - 20 manat

Bakının mərkəzindəki fransız çörəkçisində qəhvə və kruassanla səhəri açmaq, fransız mətbəxinin yeməkləri ilə nahar etmək, həm də romantik şam yeməyinə getmək olar. Həmçinin burada təzə bagetlər, brioş bulkalar, tortlar və piroqlar almaq olar. Mütləq giləmeyvəli və şokoladlı vaflinin dadına baxın - səhər yeməyində əsl yerinə düşür!

Tsinandali 

  • Ünvan: Xəqani küç.19
  • Bir nəfər üçün orta hesab - 20 manat

Tsinandalidə günə acar-sayağı xaçapurilər, zərif qarğıdalı çviştariləri, təzə pendir və xəngəllə başlamağa adət ediblər.  Burada hər gün 10:00-dan doyumlu səhər yeməyi yemək olar. Xəbərdarlıq edirik, burada porsiyalar çox böyükdür, ona görə də bir yeməyi iki nəfər üçün sifariş etməyi məsləhət görürük.

PARİS Bistro

  • Ünvan: Zərifə Əliyeva küç. 1/4
  • Bir nəfər üçün orta hesab - 10-15 manat

PARİS Bistroda səhər yeməyinə olduqca ciddi yanaşırlar - yalnız ən təzə məhsullardan istifadə edir, kruassanların - qızarmış və yüngül, omletlərin - qabarıq, sendviçlərin - xırçıldayan və blinlərin - incə olmasına diqqət edirlər. Terrasda şəhərin necə oyandığını seyr edərək, fransız-sayağı səhər yeməyi yemək olar - burada 24 saat səhər yeməyi verilir.

Organic Cafe-Lounge

Ünvan: Niyazi küç. 5

Bir nəfər üçün orta hesab - 10 manat

Organic Cafe-Loungedə səhər yeməyini yalnız fermer məhsulları ilə hazırlayır və hər gün 10:00-dan 13:00-dək verirlər. Qayğanağı burada çuqun tavada bişirir və isti çörək, təzə tərəvəzlər, kənd süzməsi , pendir, zeytun və isti çayla süfrəyə verirlər.

Buffetique 

  • Ünvan: Yusif Məmmədəliyev küç.40C
  • Bir nəfər üçün orta hesab - 15 manat

Sakit və rahat Buffetiquedə səhərdən axşama kimi səhər yeməyinə gəlmək olar! Menyu burada müxtəlifdir və ideal səhər yeməyi haqqında fərqli təqdimatlarla kompaniyalar xoşunuza gələcək. Siz istədiyiniz yeməkləri və ya təklif olunan variantlardan birini seçə bilərsiniz. Buffetiquedə klassik çempion səhər yeməyinə yulaf və ya manna sıyığı, oladilər və bananlı ponçiklər və seçdiyiniz içkini verirlər.

İntourist Baku

  • Ünvan: Mikayıl Useynov küç.51, Baku Eye ilə üzbəüz
  • Bir nəfər üçün orta hesab - 30 manat

İnturistdə yuxudan tez oyananları da düşünürlər və həftə içi 06:00-dan 10:00-dək, həftə sonları isə 12:00-dək səhər yeməyi verirlər. Menyuda yumurtadan müəllif yeməkləri, ev xaması ilə sırniklər, bolqar musakası və daha bir çox dadlı yeməklər var.  Ev-sayağı dadlı bir təklif daha: ətli və ya kəsmikli incə xəmirli blinlər və təzə qəhvə. 

Sunset Cafe

  • Ünvan: Zeynalabdin Tağıyev küç.8A
  • Bir nəfər üçün orta hesab - 20 manat

Şokolad siroplu amerikan pankeyklərindən istədiniz? Bazar gününü gözləyin və sevdiklərinizi Sunsetdə brança çağırın. Sizi üzərinə şəkər pudrası səpilmiş tostlar, cürbəcür omletlər, xırçıldayan bekon və qızarmış kolbasalar gözləyir. Əsası isə menyu 15:00-dək davam edir.

Buxara

  • Ünvan: Mikayıl Müşfiq küç.37A
  • Bir nəfər üçün orta hesab - 15 manat

Özbək dilində səhər yeməyinə nonuşta deyirlər və mənası "çörək yemək" deməkdir. Buxarada səhər yeməyinə sizə mütləq lavaş və ətli özbək samsası bişirəcək, stəkanlara ətirli çay süzəcək və küncüt halvasının dadına baxmağı təklif edəcəklər.

©Baku Afisha

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır