Dünya Çempionatını izləmək üçün Bakıda 18 MƏKAN
04 İYUL
734

Dünya Çempionatını izləmək üçün Bakıda 18 MƏKAN

Rusiyada bu ilin ən önəmli futbol hadisəsi, futbol üzrə iyirmi birinci dünya çempionatı keçirilir. Turizm.fins.az isə sevdiyiniz komandaya haralarda azarkeşlik edə biləcəyinizi təqdim edir:

Art & Football

  • Ünvan: Kapelhaus, 28 May küç.35

"Alman maşınlarını" sevənlər Kapelhausda zövqlə öz sevdikləri millini izləyə bilərlər. Önəmli futbol ayında burada böyük ekran quraşdıracaq, canlı yayından əlavə "Futbol və incəsənət" art-layihəsini və canlı konsertləri göstərəcəklər.

Madrid Bar

  • Ünvan: Dövlət Bayraq meydanı
  • Bu nömrədə masa sifariş etmək olar: (994) 51 225 48 25

Madrid barda futbolu proyektor köməyilə izləyəcəklər. Burada qalibiyyətləri və məğlubiyyətin kədərini müəllif kokteylləri və tapasla keçirəcəklər.

Pivnaya Apteka

  • Ünvan: Neftçilər pr. 153
  • Bu nömrədə masa sifariş etmək olar: (994) 50 254 54 43

Futbol matçları yaxşı pivə və qəlyanaltılarla daha da əyləncəli keçir, Dünya futbol çempionatı zamanı Pivnaya Aptekada xüsusi təklif olacaq: bütün futbol matçları zamanı menyudakı hər şeyə 30% endirim alacaqsınız.

Harbour

  • Ünvan: Neftçilər pr. 153
  • Bu nömrələrdə masa sifariş etmək olar: (994) 12 404 82 05, (994) 50 546 55 00

Əgər mərkəzdən uzağa getmək istəmirsinizsə, Harbourda masa sifariş edin, sevimli fiş & çips alın və böyük ekranlarda futbolu izləyin. Sizi köpüklü pivə dənizi və yoqurt souslu mini-samosların, soğan halqaları və acı kolbasaların olduğu qəlyanaltılar gözləyir.

Beerbasha

  • Ünvan: Parlament pr. 8A
  • Bu nömrədə masa sifariş etmək olar: (994) 12 310 29 29

Beerbasha-da sevdiyiniz komandaya zövqlə pərəstiş edə bilərsiniz. Burada futbol dünyasına qərq olmaq üçün lazım olan hər şey var: matçlar böyük ekranlarda veriləcək, menyu isə sizi kraft pivə və dadlı setlərlə sevindirəcək: Bavariya kolbasaları, krevetlər, borodin çörəyində şprotlar. Onların Facebook səhifəsində matçların siyahısına baxmağı məsləhət görürük.

Eləcə də bax: Amburan Beach Club - Həftə içi və həftə sonu qiymətlər neçəyədir?

Cinemaplus

  • Ünvan: 28 Mall, Aygun Mall

Cinemaplusda dostlarınızla təkcə sevdiyiniz döyüş və ya qorxu filmini izləməklə qalmayıb, autentik futbol axşamı da keçirə bilərsiniz. Əgər siz evdən kənarda nadir futbol izləyənlərdənsiniz, ancaq daha böyük ekran istəyirsinizsə, kinoteatr sizin üçün əla seçim olacaq. Pivə, popkorn, rahat kreslolar və sevdiyiniz oyunçular, xoşbəxtlik üçün başqa nə lazımdır?

Beerdaha Pub 

  • Ünvan: Məhəmməd Naxçıvani küç.15
  • Bu nömrədə masa sifariş etmək olar: (994) 50 215 06 30

Beerdaha menyusunda iki saatlıq matç zamanı bütün fan-kluba çatacaq qədər yemək və içki var. Sevdiyiniz yığmanın oyununa ümumi zalda proyektorlar və ya dostlarla ayrı otaqda ekranda baxa bilərsiniz. Bizim tövsiyəmiz, heç düşünmədən "Bol set" sifariş edin: 10 litr pivə və 30 növ qəlyanaltı 12 nəfərlik kompaniya üçün nəzərdə tutulub.

Pasifico - Lounge & Dining

  • Ünvan: Neftçilər pr. 34
  • Bu nömrədə masa sifariş etmək olar: (994) 50 285 00 21

Mal ətli empanadas və çex pivəsi, qızıl balıqlı, kalmarlı, ançous və mozarellalı bruskettalar və rahat terrasda böyük ekranlar, çempionat zamanı Pasificoda ən maraqlıları göstərməyə söz verirlər. Sosial şəbəkələrdə masaları öncədən sifariş etməyi məsləhət görürlər ki, sonda əliboş qalmayasınız.

Enerji Club

  • Ünvan: Dövlət Bayraq Meydanı
  • Bu nömrədə masa sifariş etmək olar: (994) 50 700 70 57

Enerji Club dedikdə ağlınıza azarkeşlər və futbol gəlmir? Gəlsə yaxşı olar, çünki çempionat ərəfəsində klubun terrasında matç və qol fanatları toplanacaqlar. Hər şeyin səbəbkarı böyük ekran və köpüklü pivədir. Həmçinin terras romantik görüş və ya gec şam yeməyi zamanı da komandasının necə oynadığından xəbərsiz qalmaq istəməyənlər üçün də xilas yolu ola bilər.

Beerka Pub&Grub

  • Ünvan: Azadlıq pr. 66
  • Bu nömrədə masa sifariş etmək olar: (994) 50 201 27 72

Beerka Pub&Grub klassik futbol barı nümunəsidir. Burada bir neçə qədəh köpüklü içmək və dadlı qəlyanaltılar yemək olar. DÇ zamanı buraya getmədən masa sifariş etmək daha yaxşı olardı, final matçları günlərində hər kəsə yer çatmaya bilər.

Hard Rock Café

  • Ünvan: Əziz Əliyev küç. 8
  • Bu nömrədə masa sifariş etmək olar: (994) 12 404 82 28

Şirəli burgerlər, kəsintisiz canlı efir, istədiyin qədər qışqırma imkanı... Futbol fanklubu üçün ideal bir variant deyilmi? Çempionat boyunca Hard Rock Cafedə adət olunmuş kliplər əvəzinə sevdiyiniz komandaların matçları olacaq.

Buddha-Bar 

  • Ünvan: Neftçilər pr. 99
  • Bu nömrədə masa sifariş etmək olar: (994) 50 404 82 09, (994) 12 404 82 09

Buddha Barda oyunları açıq terrasda izləyəcəklər. Qonaqlara emosional matçları dadlı panasiya mətbəxi, müəllif kokteylləri və ətirli qəlyanlarla tamamlamağı təklif edirlər.

Çaynataun

  • Ünvan: Yusif Səfərov küç. 52
  • Bu nömrədə masa sifariş etmək olar: (+994) 55 252 52 92

Çaynataunda çempionata əsaslı yaxınlaşıblar: hər bir oyunu azarkeşlərlə birlikdə Azərbaycanlı kommentatorlar izləyəcək, oyuna daha çox drayv verəcək və taymlar arasındakı fasilələrdə maraqlı müsabiqələr keçirəcəklər.

Pakhlava

  • Ünvan: Xocalı pr. 14
  • Bu nömrədə masa sifariş etmək olar: (994) 12 480 32 23

İstər inanın, istər yox, ancaq "futbol+pivə" ənənəvi cütlüyü bütün hər kəsin ürəyincə olmur. Əgər sizin üçün ideal futbol axşamı "çay+futbol"dursa, düşünmədən Pakhlavaya zəng edin. Sizi məmnuniyyətlə qarşılayacaq, samovardan ətirli çay, dadlı kartoflu piroqlar verəcək və qəlyan təklif edəcəklər.

Sea Breeze

  • Ünvan: Nardaran qəsəbəsi
  • Bu nömrədə masa sifariş etmək olar: (012) 310 22 33

Dalğa sədaları və stadion səsləri bağ evi sevənlər-fanatlar üçün əsl musiqi. Uzun həftə sonları evdə oturmayın: çimin, günəşlənin və Sea Breezdə futbol izləyin. Əsas odur ki, zamanında masa sifariş edəsiniz.

Baku Cafe 

  • Ünvan: Neftçilər pr. 153
  • Bu nömrədə masa sifariş etmək olar: (994 ) 12 310 08 08

Baku Cafedə bilirlər ki: futbol ciddi işdir və canlı yayına tam ciddiliklə yanaşır və sosial şəbəkə səhifələrində matç cədvəllərini yeniləyirlər.  Afişaları izləməyi və mütləq masa sifariş etməyi məsləhət görürük.

Baku Olympic Stadium

  • Ünvan: Heydər Əliyev pr.
  • Qiymət: 2-5 AZN

Olimpik stadion düşünülmüş və diqqətli izlənmə üçün uyğun deyil, oyunlar zamanı burada səs-küy hökm sürəcək. Əsl idman bayramı əhvalı hiss ediləcək və açıq havada futbol qazonunda oturub böyük ekranda matç izləmək mümkün olacaq.

GO Sport

  • Ünvan: Ganjlik Mall, Port Baku Mall

Məkan seçdiniz? Dress-kod haqda düşünməyin əsl vaxtıdır. Bütün futbol ayı boyunca GoSport çempionatda iştirak edən yığmaların formalarına endirim təklif edir. Sevdiyiniz komandanın formasını alın və sona qədər azarkeşlik edin!

©Baku Afisha

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır