Məşhur restoran öz formatını dəyişir - FOTO
10 İYUL
263

Məşhur restoran öz formatını dəyişir - FOTO

“Bilgah Beach” hotelinin 17-ci mərtəbəsində yerləşən “Yuukai Sky Lounge” öz formatını dəyişir.

Bura artıq təkcə füsunkar mətbəxi olan Asiya restoranı deyil, həmçinin klub istirahəti sevənlər üçün uyğun olan modern gecə məkanıdır. Restoranın hazırki stilistikası həm dostlar ətrafında eleqant şam yeməyi yeməyə, həm də klub industriyasının gözəl ən-ənənəsi formatında tam dincəlmək istəyənlərə uyğundur.

Hər iki seqmentin ziyarətçilərinin rahatlığını düşünərək bizim məkan tam dincəlmək üçün ən yaxşı şərtlər təklif edir – əla mətbəx, qəlyan və kokteyllərin hər ağız dadına uyğun növləri, canlı musiqi və həmçinin Azərbaycanın ən parlaq “House və R&B DJ”lərinin çıxışı ilə canlandırıcı şənliklər.

“Yuukai Sky Lounge” – bura göyə yaxın olmaq istəyənlər üçündür və ən tələbkar qonağı belə sevindirməyə qadirdir.

20 İyul Sizi gözləyir:

Leyla Məmmədovanın ifasında canlı musiqi;

Saksofonçu Nicat Məsimov sizin əhval-ruhiyyənizi cazz sədaları ilə  dolduracaq;

DJ Ruller monoton klub səslənməsinə xas olmayan house elementlərinin improvizasiyasına dalmağa kömək edəcək.

“Yuukai Sky Lounge”a gəlin və yeni imkanları və mükəmməl keyfiyyəti qiymətləndirin!

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır