Dəniz kənarında səhər yeməkləri, şərabla stellaj, soyuq çizkeyklə qəhvə və ev üçün hər şey - Bakıda yeni məkanlar
25 İYUL
428

Dəniz kənarında səhər yeməkləri, şərabla stellaj, soyuq çizkeyklə qəhvə və ev üçün hər şey - Bakıda yeni məkanlar

Dəniz kənarında səhər yeməkləri, şərabla stellaj (və daha nələr), soyuq çizkeyklə qəhvə və ev üçün hər şey — son vaxtlar Bakıda yeni nələr açıldığı haqda danışırıq:

Foto: Manipura Ethic Cafe&Bar

Manipura Ethic Cafe&Bar

  • Ünvan: C.Cabbarlı küç.609, Globus Center, 13-cü mərtəbə

Bakıda ilk etik kafe Manipura Ethic Cafe&Bar-ın konsepsiyası bitkilərdir. Burada yemək həm dadlı, həm də gözəldir. "Yemək terapiya kimidir" şüarı isə həm də faydalı olduğundan xəbər verir. Nə vaxtsa ətsiz dolma yemisiniz? Yoga Shahi mərkəzinin tərkibindəki kafedə onu və daha bir çox şeyləri dada bilərsiniz. Tam menyu səhifədədir. 

Bagda.az

  • Ünvan: Bilgəh qəsəbəsi, 8-ci döngə

Bagda rahat kafe və təbii məhsulları olan əsl bağ mağazasıdır, həmçinin ailəvi səhər yeməkləri üçün ideal məkandır. Mağaza Bilgəhin mərkəzində yerləşir və sizin bağınıza və ya düz çimərliyə çatdırılma təklif edir! Burada 7-13 yaşlı uşaqlar üçün bişinti üzrə master-klass da keçirilir.

Grillde

  • Ünvan: İçərişəhər metrosu, 28 May

Yeni təkərli məkan İçərişəhər və 28 May metro stansiyalarının yaxınlığında yerləşir. Burada burgerlər və gözünüzün önündə qrilldə hazırlanmış kotletli sendviç-rollar, klassikdən pendirliyə qədər beş növ hot-doq təklif edirlər.

Foto: Gurmania Baku

Gurmania Baku

  • Ünvan: Nizami küç.98

"Şərab yeri" Zorge və Nizami küçələrinin kəsişməsində açılıb. Əsl qurmanlar üçün olan bu yer özünə uyğun bir tərzdə qurulub: vitrində böyük şərab tıxacları və tavandan sallanan Edison lampaları ilə. Qurmaniyanın astanasından keçən kimi mütləq süzmə gürcü şərabı və nanəli suluqunidən, italyan ətləri və kraft şokolada kimi hər şeyi dadmaq istəyəcəksiniz.

Eləcə də bax: Səyahət etməyə pulunuz çatmırsa kreditlə əldə edin - ƏTRAFLI

Eləcə də bax: "Shamakhi Palace Sharadil" otelində bir günlük və iki nəfərlik istirahət bu qiymətədir - ƏTRAFLI

Box to you

  • Çatdırılma nömrəsi: (+994) 50 301 75 57

"Box to you"-da standart çin məkanına aid olan hər şey tapmaq olar: udon, yumurtalı əriştə, acı tom-yam və müxtəlif souslar. Menyuda veqan və vegeterianlar üçün xüsusi yeməklər də var. Qutuları Bakının hər yerinə səhər 11-dən axşam 9-dək çatdırırlar.

Foto: Waycup cafe

Waycup cafe

  • Ünvan: Zeynalabdin Tağıyev küç. 14

Yeni bir qəhvə məkanı daha Fəvvarələr Meydanında Azercell servis mərkəzinin yanında açıldı. Məkan 10:00-dan 22:00-dək işləyir. Burada dadlı səhər yeməyi yemək, kolleqalarla doyumlu nahar etmək və işdən sonra dostların əhatəsində şam etmək olar. Menyuda isti və soyuq içkilərdən əlavə, təzə salatlar, şorbalar müxtəlif içlikli tostlar, öz hazırladıqları yay limonadları və desertlər var. Nyu-York və Kerri Bredşou fanatları buranın interyerini çox bəyənəcəklər. 

Balli bisi

  • Ünvan: Əbdülrəhimbəy Haqverdiyev, 74A

Bu məkan şirin sevənlərin xoşuna gələcək: Balli bisi-də marsipanla bəzədilmiş çoxqatlı tortlar, həmçinin müxtəlif forma və ölçülərdə kapkeyklər bişirirlər. Üstəlik burda özünüz üçün qeyri-adi təkbuynuz tortu, rəngarəng üzlü və yeməli buketli və sevdiyiniz içlikli tortlarınızı da sifariş edə bilərsiniz. 

Foto: Villa Turkish Cuisine

Villa Turkish Cuisine

  • Ünvan: Bilgəh qəsəbədi, Amburan Mall

İndi dəniz kənarında villada türk səhər yeməkləri daha da yaxındır. Bodruma bilet almaq lazım deyil, Amburan Mallda autentik interyeri, açıq terrası və ənənəvi yeməkləri olan türk mətbəxi restoranı açılıb. Məkan yol üstündə nə isə yemək qərarına gələn əsl çimərlik sevənlər, şəhərə qayıtmaq istəməyən bağ camaatı və gün batımında şam yeməyini sevənlər üçün yaradılıb. 

Eləcə də bax: "DİDİM"ə iki nəfərlik səyahət neçəyədir? - QİYMƏTLƏR

Eləcə də bax: 55 manatınız varsa "Şəhərdən kəndə köç" edin 

Mumuso Azerbaijan

  • Ünvan: Nizami küç. 80A

Mumuso 2014-cü ildə Asiyada açılmış demokratik qiymətləri olan life-style mağazalar şəbəkəsidir və bu gün bütün dünyada 500-dən çox mağazası var. Mumuso rəflərində dekorativ kosmetika və alt geyimlər, simsiz qulaqcıqlar və uzun yolda boynunuzu qoruyacaq dinozavr yastıqlar tapmaq olar.

Foto: Azkupon

Bonus: Azkupon

Kupon kitabı Azkupon alış-verişlərdə və restoranlarda, gözəllik salonlarında, şirniyyatçılarda, fitnes mərkəzlərdə və gül butiklərində qənaət etmək imkanı yaradır. Servisin iş prinsipi sadədir: öz sifarişinizi ödəyərkən kuponu təqdim edir, endirim və bonus əldə edirsiniz. Kitabın yaradıcıları deyirlər ki, bir il yarım vaxt ərzində kuponlarla 10.000 manat qənaət etmək olar.

©bakuafisha.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır