Dubaya səyahət etdiyimiz zaman harada dəniz mənzərəli Nahar etmək olar
19 SENTYABR
339

Dubaya səyahət etdiyimiz zaman harada dəniz mənzərəli Nahar etmək olar

Dubayda harada dəniz mənzərəli nahar etmək olar

Təsəvvür edin: fonda heyrətamiz dalğaların səsi, ətrafınızda çimərlik havasının qalıcı ətri və masanızın üzərində dadlı təamlar və üstəgəl bütün bunlar hamısı dalğa mənzərəsi ilə. Dubaydakı çimərlikdə ən yaxşı nahar yerlərimiz bunlardır.

Fish Beach Taverna-da öz dəniz yemək istəyinizi qarşılayın.

Çimərlikdə bu yeni nahar məkanı (bəziləri Türkiyədən seçilib gətirilmiş) ən yaxşı inqrediyentlər ilə birgə ağ qum üzərində masaya verilən təzə, asan yeyilən sümüksüz balıq əti təklif edir. Birbaşa Egey bölgəsindən evdə bişirilmiş yemək aurası yaradan yeməklər ilə dalğaların həzin nəğməsi altında istirahət edin və arxanızda Dubay Marinanın sayrışan işıqları ilə su üzərində günəşin heyrətamiz qürubundan həzz alın. Menyuda nə var? Egey dənizi, Qara dəniz və Mərmərə dənizlərindən təbii və soyuq su balıqları: incə döyülmüş dəniz xanı balığı, qızardılmış kalamari, iri kral krevetləri və onların xüsusi çeşidləri 

Le Meridien Mina Seyahi Beach Resort & Marina
+971 4 511 7373




Jetty Lounge-da çimərlikdən tam zövq alın

 

(Müntəzəm olaraq bərələrin One & Only Palm Dubay otelə keçdiyi) daxili bəndin yaxınlığında şəhərin dənizkənarı sahilində yerləşən bu restoran özünün bütün gözəlliyi ilə bir çimərlik həzzidir. Divanda oturaraq edəcəyiniz istirahət və sakitləşdirici melodiyalar sizi xarici yüngül təam və içkilər menyusundan dadmağa həvəsləndirəcək. Özəl koteclərin birində suyun kənarına doğru yaxın əyləşin və günəşin batmasını seyr edərək Yaxın Şərqə məxsus məzələri, Meksika tortilla çipsləri, Asiya teriyakisi və ya Avropa kiş piroqlarının dadına baxın. 

One&Only Royal Mirage, Al Sufouh Yolu, Dubai Media City ilə üzbəüz
+971 4 399 9999




Shimmers-də dalğalara təmas et

 

Sadəcə yerləşməsinə görə qiymətləndirsək, Shimmers ən yüksək qiymət alar. Və buna əla yunan menyusunu da əlavə etsək, əla bir seçim əldə etmiş olacaqsınız. Madinat Jumeirah-ın eksklüziv özəl çimərliyinin düz mərkəzində yerləşən bu rahat restoran göy dəniz, ağ çimərlik və möhtəşəm Burj Al Arab mənzərəsindən həzz almaq imkanı verir. Kalamata zeytunu və feta pendiri ilə hazırlanan bu "Əsl" Yunan salatının dadına baxın və ya kəklik otu ilə doldurulmuş zəif ocaqda bişirilmiş quzu ətindən ləzzət alın. 

Jumeirah Mina A’Salam, Madinat Jumeirah
+971 4 432 3232




Seven Sands-da Əmirlik Qonaqpərvərliyini sınaqdan keçirin

 

Şəhər-çimərlik hibridi ərazisi, münasib adlı The Beach-də yerləşən Seven Sands-dəki Ərəbistanın zəngin ədviyyatlarını dadın. BƏƏ-ni təşkil edən yeddi əmirliyin şərəfinə adlandırılmış Seven Sands restoranı sizi nəsillərdən nəsillərə keçən yemək reseptləri ilə Əmirlik mətbəxi tarixinin dərinliklərinə təlatümlü səyahətə çıxarır. Buğda və dana əti ilə bişirilmiş yerli zövqə uyğun ətir verilmiş Shorbat Harees şorbasının və ya tarixi bədəvilərin dövrünə gedib çıxan kartof, balqabaq, pomidor ilə hazırlanan, pörtlədilmiş ət yeməyi Thereedin dadına baxın. 

The Beach, JBR
+971 4 551 6652




Barasti-də ada mühitindən həzz alın

 

Le Meridien Mina Seyahi-dəki bu çimərlik klubu və restoran bir Dubay müəssisəsidir. Burada geniş çoxqatlı açıq hava məkanında idman tədbirlərinin nümayiş edildiyi böyük ekranlardan çimərlik şezlonqları və hovuz masalarına, canlı musiqi və DJ melodiyalarına qədər hər şeyi təklif edən rahat və səmimi bir aura var. Buradakı balıq və çips bir əfsanədir, lakin burada həm də piroq və karrilər, pizza və qurman sendviçleri də var. Barbekyu brançı əksər həftəsonları olduğuna görə və Barasti-də də çoxlu tədbirlər və konsertlər olur. 

Al Sufouh Yolu, Dubai Marina
+971 4 318 1313


Eləcə də bax: ABŞ-da Şəki məhəlləsi - VİDEO

Eləcə də bax: "PARK QUSAR" da dörd nəfərlik istirahət - CƏMİ 120 MANAT

Eləcə də bax: “Viləş Hotel”də üç nəfərlik istirahət - CƏMİ 90 MANAT

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır